Fransa səfiri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub

Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez və Səfirliyin nümayəndələri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda iş prosesi ilə tanış olublar. Bu barədə "APA-Economics"ə "Təmiz Şəhər" ASC-nin Mətbuat xidmətindən məlumat verilib.

 

"Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov qurumun fəaliyyəti və Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun ətraf mühitə mənfi təsirlərin azaldılmasındakı rolu barədə məlumat verib. Bildirilib ki, 4-cü nəsil texnologiya ilə inşa edilən zavod Şərqi Avropada bu tipli ən müasir zavodlardandır. Müəssisə il ərzində 500 min ton bərk məişət və 10 min ton tibbi tullantı yandırmaq, 231 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində zavodda əldə edilən enerji ilə 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə tam təmin etmək mümkündür.

 

Sonra  qonaqlar zavodun tikilmə prosesi və fəaliyyətinə dair qısa filmə baxıblar.

 

O. Buşez Zavodun işini yüksək qiymətləndirib və Azərbaycan və Fransa arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerde aciq qapi gunu kecirilib
    Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilib
  • bakida top mermisi tapilib
    Bakıda top mərmisi tapılıb
bakida top mermisi tapilib bakida top mermisi tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ