Gürcüstanda SOCAR-ın iştirak edəcəyi tender elan olunub

gurcustanda socar in istirak edeceyi tender elan olunub

Gürcüstan Neft və Qaz Korporasiyası (GNQK) ölkədə ilk yeraltı qaz anbarının tikintisi ilə bağlı beynəlxalq tender elan edib.

 

APA-nın Gürcüstan bürosu “Biznes Georgia” nəşrinə istinadən verdiyi məlumata la xəbər verir ki, qaz anbarının tikintisi Tbilisinin Samqori rayonunda planlaşdırılır.

 

Tenderin birinci mərhələsində GNQK müvafiq təcrübə və maliyyə imkanları olan kontraktorlar qrupunu seçəcək. İkinci mərhələyə keçəcək şirkətlər texniki tapşırığa uyğun kommersiya təkliflərini təqdim etməli olacaqlar.  

 

Korporasiyanın məlumatına əsasən, yeraltı qaz anbarının tikintisinə 2018-ci ilin birinci yarısında başlanılması planlaşdırılır. Tikintinin ilk mərhələsində iki qiymətləndirici quyu qazılacaq, əldə olunmuş əlavə coğrafi məlumata əsasən, anbarın texniki parametrləri dəqiqləşdiriləcək.

 

Qeyd edək ki, SOCAR-ın Gürcüstan Nümayəndəliyinin rəhbəri Mahir Məmmədov Azərbaycanın Gürcüstanda tikiləcək yeraltı qaz anbarının tenderində iştirak edəcəyini bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida vaz asib surucu xesaret alib
    Masallıda "VAZ" aşıb, sürücü xəsarət alıb
  • fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3
    FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİ...
fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3 fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3 +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ