Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın hüquq və vəzifələri müəyyənləşib

hasilat senayesinde seffafliq uzre komissiyanin huquq ve vezifeleri mueyyenlesib

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyaya Azərbaycanda təbii ehtiyatların istismarı ilə əlaqədar dövlətin bütün daxilolmaları və Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlətə ödənişləri barədə hesabatların hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə beynəlxalq standartlara uyğun təqdim olunması formasını və müddətlərini müəyyən etmək səlahiyyəti verilib.

 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyasının Əsasnaməsi”ndə əksini tapıb.

 

Komissiyanın vəzifələri sırasına hasilat sənayesində şəffaflıq (HSŞ) sahəsində dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək, ölkənin maliyyə şəffaflıq standartlarının şamil edildiyi hasilat sənayesində fəaliyyət göstərən bütün şirkətləri müəyyən etmək və onların HSŞ hesabatlılığında iştirakını təmin etmək, hesabatların toplanılması və yoxlanılması üçün müstəqil, ixtisaslaşmış audit şirkətinin seçilməsini təmin etmək də daxildir.

 

Komissiya ictimaiyyətin Komissiyanın fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədi ilə Komissiyanın internet səhifəsini yaratmalı və mütəmadi yenilənməsini təmin etməlidir.

 

Qeyd edək ki, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyaya “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli fərmanına əsasən yaradılıb. Komissiyanın sədri Dövlət Neft Fondunun icraçı direktorudur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida isiqforun islememesi avtoqezaya sebeb olub
    Bakıda işıqforun işləməməsi avtoqəzaya səbəb olub
  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
sirvan milli parkinin erazisinde raketler askarlanib sirvan milli parkinin erazisinde raketler askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272