Hökumət mədən hasilatı sənayesində əldə etdiyi daxilolmaları açıqlayıb

hokumet meden hasilati senayesinde elde etdiyi daxilolmalari aciqlayib

Azərbaycan hökuməti mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmalar barədə hesabatı açıqlayıb. "APA-Economics" xəbər verir ki, hesabat 2015-ci ilin yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir.

 

Hesabata əsasən, 2015-ci ildə Azərbaycan hökuməti vergi və digər daxilolmalar qismində ölkə ərazisində mədən sənayesi sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlərdən 386,783 mln. dollar və 1 mlrd. 315,602 mln. manat (2014-cü ildə bu rəqəm müvafiq olaraq 618,712 mln. dollar və 1 mlrd. 903,042 mln. manat olub) əldə edib.

 

2015-ci ildə yerli və xarici şirkətlər hökumətə 140,009 mln. barrel, 3 mlrd. 399 mln. 129,514 min kubmetr qaz, 9,047 min unsiya qızıl, 0,599 min unsiya gümüş, 0,092 min unsiya qiymətli metal təqdim edib.

 

Hökumətin gəlirlərinin strukturuna nəzər saldıqda məlum olur ki, burada mənfəət neftinin payı 45,837 mln. dollar, mənfəət qazının payı 325,254 mln. dollar, imzalanma

bonusları və digər bonusların payı 2,012 mln. dollar, akrhesabı ödənişlərin payı 2,118 mln. dollar, tranzit haqqının payı isə 11,562 mln. dollar təşkil edir.

 

Hesabat dövründə şirkətlər dövlət büdcəsinə vergi qismində 1 mlrd. 315,602 mln. manat ödəniş edib ki, bunun da 792,84 mln. manatı mənfəət vergisinin, 112,831 mln. manatı mədən vergisinin, 140,164 mln. manatı ƏDV-nin, 21,738 mln. manatı torpaq vergisinin, 33,56 mln. manatı əmlak vergisinin, 56,039 mln. manatı sair vergilərin payına düşür.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

08:54 27 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida tikinti sektorunda qeyri resmi mesgullugun aradan qaldirilmasi muzakire olunur
    Bakıda tikinti sektorunda qeyri-rəsmi məşğulluğun aradan qal...
  • ataturkun kitabxana mudirinin oglu gencede en cox menim cixisimi alqisladilar musahibe
    Atatürkün kitabxana müdirinin oğlu: “Gəncədə ən çox mənim çı...
ataturkun kitabxana mudirinin oglu gencede en cox menim cixisimi alqisladilar musahibe ataturkun kitabxana mudirinin oglu gencede en cox menim cixisimi alqisladilar musahibe +2
MƏZƏNNƏ
FOREX
/ 27 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8566
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ