İtkin düşən neftçilərin ailə üzvləri axtarış-xilasetmə əməliyyatlarını izləyiblər

"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" prezidentin sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının (ARDDA) Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi (FHN), Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

 

Qərargahdan "APA-Economics"ə verilən məlumata görə, baş vermiş hadisə zamanı itkin düşən neftçilərin ailə üzvləri, axtarışların gedişatı ilə yaxından tanış olmaq üçün, ARDDA-nın Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzində yaradılan axtarış-xilasetmə qərargahında olublar. Qərargahda bildirilib ki, axtarış əməliyyatları, fasiləsiz həyata keçirilən tədbirlər dövlət başçısının daim diqqətindədir və prezidentin göstərişinə əsasən FHN, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, ARDDA, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibi, axtarışlarda iştirak edən hər bir nümayəndə, təmsil olunduqları qurumlara məxsus müasir tələblərə cavab verən maddi texniki baza istifadə olunmaqla neftçilərin tezliklə tapılması üçün səylərini səfərbər ediblər.

 

Milli Mərkəzdə ən müasir tələblərə cavab verən axtarış-izləmə sistemlərinin quraşdırıldığını vurğulayan ARDDA-nın rəisi Qüdrət Qurbanov hadisənin baş verdiyi rayonda hava şəraitinin, küləyin, sualtı və suüstü  axıntıların istiqamətinin, sürətin hər an təhlil olunduğunu və axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilərək, əməliyyatların uzunluğu 165 km, eni isə 135 km olan geniş ərazidə həyata keçirildiyini deyib. Bir daha vurğulanıb ki, axtarış-xilasetmə qərargahı, itkin düşən neftçilərin hər bir ailə üzvünə əməliyyatların gedişatı ilə yerində  tanış olmaq imkanını yaradıb. Bu gün ailə üzvləri axtarış-xilasetmə əməliyyatlarını izləmək üçün hadisə yerində də olub.

 

İtkin düşən neftçilərin ailə üzvləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmilərinin, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin “Avior” dalğıc gəmiləri və digər yardımçı dalğıc gəmilərinin, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar və Müdafiə Nazirliklərinin ümumilikdə 44 gəmi və üzən vasitələrinin, 6 helikopterinin, FHN-in Regional Mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyətin də daxil olmaqla ümumilikdə 700-dən artıq canlı qüvvənin və nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıclarının sektorlar üzrə, eyni zamanda Bulla, Duvvanı, Gil adalarında və sahil boyu vizual axtarışları davam etdirməsinin, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi dalğıclarının estakadanın uçub dənizə töküldüyü yerdə 24 saat boyunca növbəli şəkildə, intensiv olaraq təmizlənmə işləri aparmasının, ilk gündən axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz “ROV” sualtı aparatlar quraşdırılan “Məmməd Süleymanov”, “Təbriz Xəlilbəyli” axtarış-xilasetmə gəmilərinin, uçmuş estakadaların ərazisində 24 saat sualtı video axtarış əməliyyatlarını davam etdirməsinin şahidi olublar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 22 Yanvar
12:40 21 Yanvar
Video
10:13 21 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida ev quslari arasinda kutlevi telefat musahide olunur
    Masallıda ev quşları arasında kütləvi tələfat müşahidə olunu...
  • efiopiyada 20 yanvar faciesi ile bagli tedbirler kecirilib
    Efiopiyada "20 Yanvar" faciəsi ilə bağlı tədbirlər keçirilib...
efiopiyada 20 yanvar faciesi ile bagli tedbirler kecirilib efiopiyada 20 yanvar faciesi ile bagli tedbirler kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Yanvar, 2017

USD
1.8311
 
EUR
1.9483
 
RR
0.0308
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ