Maroş Şevçoviç: “Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır"

maros sevcovic cenub qaz dehlizi avropa ittifaqi ucun strateji ehemiyyet dasiyir

"Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır. Onun Avropa üçün nə dərəcədə vacib olduğunu hamımız anlayırıq".

 

APA-nın xəbərinə görə, bunu Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviç Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının III iclasında deyib. O, qitənin gələcəyi üçün strateji əhəmiyyət daşıyan bu layihəyə Avropa maliyyə təşkilatlarının da diqqət göstərməsinin vacibliyini vurğulayıb.

 

M. Şevçoviç layihənin vaxtında icra olunacağına əminliyini ifadə edib.

 

Vitse-prezident üçüncü dəfə bu toplantıya ev sahibliyi edən Azərbaycana təşəkkür edərək ötənilki son görüşdən sonra layihə üzrə böyük irəliləyişlərin olduğunu söyləyib. O, prezident İlham Əliyevin Brüsselə son səfərinin əhəmiyyətli olduğunu, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı nəzərdə tutan çərçivə sazişinin imzalandığını, enerji təhlükəsizliyi ilə bağlı səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabah hava yagmursuz olacaq
    Sabah hava yağmursuz olacaq
  • almaniyanin futbol uzre milli komandasi bakiya gelib
    Almaniyanın futbol üzrə milli komandası Bakıya gəlib
almaniyanin futbol uzre milli komandasi bakiya gelib almaniyanin futbol uzre milli komandasi bakiya gelib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ