Mayda sahibkarlar tərəfindən elektrik şəbəkəsinə qoşulma ilə bağlı Texniki Şuralara 167 müraciət daxil olub

mayda sahibkarlar terefinden elektrik sebekesine qosulma ile bagli texniki suralara 167 muraciet daxil olub

Bu ilin may ayından etibarən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosesinin müəyyənləşdirilmiş məbləğlər əsasında həyata keçirilməsinə başlanılıb.

 

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli 180 nömrəli Qərarı ilə sahibkarların tələb olunan gücü 150 kVt-a qədər olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği təsdiq edilib. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində və ya istəyinə uyğun olaraq 12 gün müddətində qoşulmasına görə fərqli məbləğlərdə nəzərdə tutulub.

 

Məlumatda bildirilib ki, 2018-ci ilin may ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralara sahibkarlar tərəfindən 167 müraciət daxil olub.

 

Bunlardan 156 müraciət təmin olunub, 11 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra edilməyib. Ümumilikdə icra olunan müraciətlər əsasında sahibkarlar tərəfindən 1800,24 kVt güc sifariş olunub və 504 581,55 manat qoşulma haqqı ödənilib.

 

Qeyd edək ki, Energetika Nazirliyinin rəsmi saytında yaradılmış “Xidmətlər” bölməsində əhali və qeyri-əhali abonentlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları yerləşdirilib ki, bu da sifarişçilərin texniki şərtlərin alınması ilə bağlı qaydalarla tanış olmasını asanlaşdırır.

 

Hazırda 1 və 2 saylı  “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN Xidmət” mərkəzlərində Texniki Şuralar fəaliyyət  göstərməkdədir. Yaxın vaxtlarda digər regionlardakı “ASAN Xidmət” mərkəzlərində də Texniki Şuraların işə başlaması nəzərdə tutulub. Sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması prosedurları isə vahid pəncərə sistemi üzrə 7-dən 3-ə, elektrik şəbəkəsinə qoşulma müddəti isə 69 gündən 24 günə endirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida isiqforun islememesi avtoqezaya sebeb olub
    Bakıda işıqforun işləməməsi avtoqəzaya səbəb olub
  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
sirvan milli parkinin erazisinde raketler askarlanib sirvan milli parkinin erazisinde raketler askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272