Nazir: “Cənub Qaz Dəhlizi”nin reallaşması Azərbaycan və Aİ-nin çoxtərəfli əməkdaşlığının möhkəmlənməsini təmin edəcək”

Energetika naziri Pərviz Şahbazovla Avropa İttifaqının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Yankauskasın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa malik Azərbaycan-Avropa İttifaqı əlaqələrinin müxtəlif proqramlar və layihələr çərçivəsində uğurla inkişaf etdiyini deyən Pərviz Şahbazov münasibətlərin yeni mərhələnin ərəfəsində olduğunu qeyd edib. Bildirilib ki, enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyi, eyni zamanda Azərbaycanın enerji infrastrukturunun inkişafı, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrindən istifadə, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Avropa İttifaqı ilə uğurlu nəticələrə nail olunub: “Enerji təhlükəsizliyi və şaxələndirmə layihəsi olan “Cənub Qaz Dəhlizi”nin reallaşması isə nəinki Azərbaycanla Avropa İttifaqı, həm də böyük bir coğrafiyada çoxtərəfli əməkdaşlığın möhkəmlənməsini təmin edəcək”.

 

Səfir Kestutis Yankauskas da layihənin Avropa İttifaqının yeni enerji təchizat mənbələrinin və nəql infrastrukturlarının diversifikasiyası siyasətinin tərkib hissəsi olduğunu, qurumun dəstəyi və Azərbaycanın liderliyi ilə “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında yekunlaşacağına əminliyini ifadə edib.

 

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı görülən tədbirlər, "Şərq tərəfdaşlığı" proqramı, eləcə də energetika sahəsində regional əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267