Nazir: "Əsas məqsəd "Cənub Qaz Dəhlizi" üzrə işləri vaxtında başa çatdırmaqdır"

nazir esas meqsed cenub qaz dehlizi uzre isleri vaxtinda basa catdirmaqdir
Natiq Əliyev növbəti onillikdə qaz bazarında müşahidə ediləcək tendensiyalar barədə fikirlərini ABŞ səfiri ilə bölüşüb

Energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

 

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin birgə iştirakı ilə Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclası ərəfəsində dünya enerji bazarında son vəziyyət müzakirə edilib.

 

Neftin qiymətinə iqtisadi və siyasi faktorların təsiri, İran, İraq, Liviya, Səudiyyə Ərəbistanı, Rusiya və Qazaxıstan kimi ölkələrin neft hasilatı ilə bağlı mümkün addımları ətrafında fikir mübadiləsi aparılıb. Neft hasilatının azaldılması üzrə sazişin müddətinin gələn ilin mart ayının sonuna kimi uzadılması barədə Rusiya və Səudiyyə Ərəbistanı anlaşmasından da bəhs edilərək, bildirilib ki, sazişin ilin sonuna kimi uzadılması daha məqsədəuyğundur.

 

N. Əliyev deyib ki, yanvar ayından etibarən kiçik qiymət fərqləri istisna olmaqla, ümumən, neftin qiymətində sabitlik yaranıb və hazırkı qiymətlər bütün neft hasilatçıları üçün uyğun rəqəmdir.

 

Daha sonra ABŞ səfiri R.Sekuta "Cənub Qaz Dəhlizi" layihəsinin gedişatı, qaz bazarının inkişaf istiqamətləri və həyata keçirilən layihələrin perspektivləri ilə maraqlanıb. N.Əliyev növbəti onillikdə qaz bazarında müşahidə ediləcək tendensiyalar barədə fikirlərini səfirlə bölüşüb. Bildirilib ki, hazırda Azərbaycanın qarşısında duran əsas məqsəd "Cənub Qaz Dəhlizi" layihəsi üzrə işləri vaxtında başa çatdırmaqdır.
 

Toplantıda Azərbaycan-ABŞ enerji əməkdaşlığının digər istiqamətləri üzrə də müzakirələr aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:55 20 İyul
09:05 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iyunun evvelinden neftin qiymeti ilk defe 50 dollari otub
    İyunun əvvəlindən neftin qiyməti ilk dəfə 50 dolları ötüb...
  • gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib
    Gürcüstanda yanğın nəticəsində üç azərbaycanlı ailə evsiz qa...
gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2017

USD
1.7017
 
EUR
1.959
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ