Nazir: “Petkim”in lirə ilə fəaliyyət göstərməsi üçün əlimdən gələni edəcəm”

nazir petkim in lire ile fealiyyet gostermesi ucun elimden geleni edecem
"Petkim Petrokimya Holding AŞ” fəaliyyətini lirəyə adaptasiya etməlidir. “APA-Economics” xəbər verir ki, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci bildirib. 
 
“Hazırda “Petkim” fəaliyyətini dollar üzərindən həyata keçirir. Lakin sizi əmin etmək istəyirəm ki, holdinqin lirə ilə fəaliyyət göstərməsi üçün əlimdən gələni edəcəm. Nazirliyin müvafiq qərarı var. Qərara əsasən, azad zonalar ölkə xarici sayılır.    Azad zonalardakı bütün fəaliyyətlər lirə ilə aparmalıyıq. Bunun üçün əlimizdən gələni edəcəyik”, - deyə nazir regional sahibkarlara müraciətində bildirib.
 
N.Zeybekci əlavə edib ki, bu il Türkiyədə iqtisadi artım gözlənilir: “İxracata söykənən bir artım olacaq. Bunun başqa formulu yoxdur”. 
 
2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan "Petkim"də nəzarət-səhm paketinə malik olmaq üçün "SOCAR Türkiyə Enerji A.Ş." vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə "SOCAR Türkiyə Enerji A.Ş." "Petkim" obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod "Petkim"in gəlirliliyini və bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde azerbaycan dovlet dram teatrinin kecmis direktorunun anim gunu kecirilib
    Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunu...
  • respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya
    Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədb...
respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ