Nazirlik: Avropanın illərdir həyata keçirə bilmədiyi layihəni Azərbaycanla Türkiyə reallaşdırdı

nazirlik avropanin illerdir heyata kecire bilmediyi layiheni azerbaycanla turkiye reallasdirdi

TANAP rəsmi Ankara və Bakı arasında siyasi və iqtisadi əlaqələri gücləndirməklə yanaşı, həm də Türkiyə üçün enerji təhlükəsizliyi baxımından çox önəmli layihədir”.

“APA-Economics” xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehmet Ali Bərbər xarici jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, Türkiyə üçün Azərbaycan qazı çox böyük əhəmiyyət kəsb edir: “Çünki Türkiyənin idxal etdiyi təbii qazın 50%-i Rusiyanın payına düşür. Bu da yetərincə böyük rəqəmdir. Düşünürəm ki, hökumət nail olmaq istədiyi enerji mənbələrinin diversifikasiyası enerji təhlükəsizliyimizi təmin edəcək”.

Nazirlik rəsmisi bəyan edib ki, Azərbaycan qazının Avropaya nəqli rəsmi Ankara və Bakının iradəsini nümayiş etdirir. “Avropa illərdir müzakirə etdiyi, lakin həyata keçirə bilmədiyi layihəni Azərbaycanla Türkiyə birgə həyata keçirə bildi”, - deyə o vurğulayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267