OPEC: 2017-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 729 min barel olub

opec 2017 ci ilde azerbaycanda gundelik neft hasilati 729 min barel olub

2017-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 729 min barel təşkil edib.

 

“APA-Economics”in məlumatına görə, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik hesabatında deyilir.

 

Hesabata əsasən, 2016-cı illə müqayisədə ölkəmizdə gündəlik hasilat 41 min barel və ya 5,32% azalıb. Xatırladaq ki, 2016-cı ildə Azərbaycanda gündəlik hasilatın həcmi 770 min barel təşkil edib.

 

2017-ci ildə dünyada ümumi gündəlik hasilatın həcmi 74 mln. 686 min barel olub. Bu, daha əvvəlki 2016-cı ilin göstəriciləri ilə müqayisədə 701 min barel və ya 0,93% azdır.

 

2017-ci ilin sonuna olan məlumata görə, Xəzəryanı ölkələrdən İranda gündəlik hasilatın həcmi 3 mln. 867 min barel, Rusiyada gündəlik hasilatın həcmi 10 mln. 349 min barel, Qazaxıstanda gündəlik hasilatın həcmi 1 mln. 467 min barel, Türkmənistanda isə gündəlik hasilatın həcmi 181 min barel təşkil edir.

 

Qeyd edək ki, dünyada hasilatın həcminə görə Rusiya birinci yeri tutur. İkinci yerdə Səudiyyə Ərəbistanı durur. Onun gündəlik hasilatı 10 mln. barel təşkil edir. Üçüncü yerdə gündəlik 9 mln. 355 min barel hasilatla ABŞ qərarlaşıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267