Ötən il Azərbaycanda istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

oten il azerbaycanda istehsal olunan elektrik enerjisinin hecmi aciqlanib

2017-ci il ərzində “Azərenerji” ASC tərəfindən istehlakçılar tələbatlarına uyğun olaraq, etibarlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilib.

 

Bunu “APA-Economics”ə “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirib.

 

Onun sözlərinə görə, ötən il ümumilikdə elektrik enerjisinin istehsalı 21,8 mlrd. kVt/saat təşkil edib: “Bunun 20,2 milyard kilovat-saatı istilik elektrik stansiyalarının, 1,6 milyard kilovat-saat su elektrik stansiyalarının payına düşüb”.

 

O bildirib ki, “Azərenerji”nin infrastruktur imkanları yüksək olsa da, su elektrik stansiyalarında istehsal göstəricilərinin aşağı olması cari ildə ölkədə yağıntının miqdarının az olması ilə əlaqədardır: “Bu dövr ərzində qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib. Azərbaycanda bütün sahələrdə həyata keçirilən irimiqyaslı layihələr ölkə enerji sisteminin kompleks inkişafına gətirib çıxarıb. Bu, 2017-ci ildə də Cənubi Qafqazın ən böyük enerji istehsalçısı olan “Azərenerji”nin səmərəli fəaliyyəti üçün stimul olub. “Azərenerji” öz funksiyalarını vaxtında və keyfiyyətlə yerinə yetirməklə, tabeliyində olan müəssisələrdə innovativ texnologiyalar tətbiq etməklə, il ərzində enerji sisteminin təhlükəsizliyini diqqətdə saxlayıb”.

 

O, həmçinin bildirib ki, “Azərenerji” tərəfindən Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin tədbirlər planı çərçivəsində elektrik enerjisinin texnoloji proseslərə uyğunluğunun təmin olunması və ötürülməsinin səmərəliliyinin yüksəldilməsi məqsədilə görülən işlər davam etdirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • movlud cavusoglu azerbaycana sefer edecek yenilenib
    Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək - YENİLƏNİB...
  • yug teatrinin yeni direktoru kollektive teqdim edilib
    YUĞ Teatrının yeni direktoru kollektivə təqdim edilib
yug teatrinin yeni direktoru kollektive teqdim edilib yug teatrinin yeni direktoru kollektive teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027