Partlayış olan qaz kəmərində yanğın söndürülüb

partlayis olan qaz kemerinde yangin sondurulub

Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonu, Səngəçal qəsəbəsində magistral qaz kəmərində baş verən partlayışla bağlı açıqlama yayıb.

 

APA-nın xəbərinə görə, FHN-in saytında yer alan məlumatda deyilir: "Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Səngəçal qəsəbəsində diametri 1000 mm olan Səngəçal Baş Qurğuları - Qazıməmməd magistral qaz kəmərində partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. SOCAR-ın mütəxəssisləri tərəfindən xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub. Təhlükəsizlik məqsədilə qəza aradan qaldırılana kimi yanğın bölmələri hadisə yerində növbə çəkiblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əməliyyat saat 00:58-də başa çatıb".

 

Xatırladaq ki, qaz kəmərində partlayış ötən gün saat 20:45 radələrində baş verib.

 

SOCAR-ın yaydığı məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agsuda ev yanib
    Ağsuda ev yanıb
  • paytaxtda baki urek gunleri 5 ci beynelxalq konqresi kecirilir
    Paytaxtda “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi keçir...
paytaxtda baki urek gunleri 5 ci beynelxalq konqresi kecirilir paytaxtda baki urek gunleri 5 ci beynelxalq konqresi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ