Pərviz Şahbazov Azərbaycan Milli Neft Komitəsinin sədri seçilib

perviz sahbazov azerbaycan milli neft komitesinin sedri secilib

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin sədrliyi ilə “Azərbaycan Milli Neft Komitəsi” İctimai Birliyinin növbəti iclası keçirilib.

 

“Azərbaycan Milli Neft Komitəsi”ndən “APA-Economics”in məlumatına görə, iclasda İctimai Birliyin yeni sədri, İdarə heyətinin 19 nəfərdən ibarət tərkibi seçilib. “Azərbaycan Milli Neft Komitəsi”nin yeni sədri Azərbaycanın energetika naziri Pərviz Şahbazov seçilib.

 

Qeyd edək ki, “Azərbaycan Milli Neft Komitəsi” 2005-ci ildə təsis edilib və həmin il  Yohanezburqda keçirilən Konqresdə Dünya Neft Şurasına (WPC) üzv seçilib. Hər üç ildən bir keçirilən Dünya Neft Konqresinin əsas təşkilatçısı 1933-cü ildə yaradılmış Dünya Neft Şurasıdır.

 

Konqres neft və qaz sənayesi üzrə mühüm məsələlərin müzakirə olunduğu və vacib qərarların qəbul edildiyi beynəlxalq platformadır. Bitərəf və qeyri-siyasi qurum olan Dünya Neft Şurası bu sahədə elmi yeniliklərin tətbiqi, texnologiya və informasiya mübadiləsi, dünyanın neft ehtiyatlarından davamlı və hamının rifahına xidmət edəcək şəkildə istifadə olunması istiqamətlərində fəaliyyət göstərir. Altmış beş üzv ölkəni birləşdirən Dünya Neft Şurası dünyada neft-qaz istehsalçıları və istehlakçılarının 96 faizini əhatə edir. Hazırda Dünya Neft Şurasının İcraiyyə Komitəsinin prezidenti Norveçli Tor Fjaerandır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida isiqforun islememesi avtoqezaya sebeb olub
    Bakıda işıqforun işləməməsi avtoqəzaya səbəb olub
  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
sirvan milli parkinin erazisinde raketler askarlanib sirvan milli parkinin erazisinde raketler askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272