Prezident: “Cənub Qaz Dəhlizinin icrasında Avropa maliyyə təşkilatlarının yaxından iştirakı əhəmiyyətli olacaq”

prezident cenub qaz dehlizinin icrasinda avropa maliyye teskilatlarinin yaxindan istiraki ehemiyyetli olacaq

“Bu tədbirdə müxtəlif ölkələrdən mötəbər nümayəndələr iştirak edir. Azərbaycan Avropa Komissiyası ilə bu mühüm layihələrin həyata keçirilməsində sıx əməkdaşlıq qurub. Biz unikal və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclasında deyib.

 

Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin icrası gələcək əlaqələr üçün də vacib amildir: “1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” enerji layihələrinin həyata keçirilməsində əhəmiyyətli rolu olub. Müasir Azərbaycanın nailiyyətləri bunun sayəsində mümkün olub. Cənub Qaz Dəhlizi layihəsinin icrasında “Şahdəniz” qaz yatağı böyük əhəmiyyət daşıyır. Bu yataq Azərbaycanın nəhəng qaz ehtiyatlarına malik ölkə kimi tanınmasında mühüm rol oynayır. Layihə üzrə regional iş birliyi əhəmiyyətlidir. Uzun illər boyu Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən icra olunan enerji dəhlizləri buna misaldır”.

 

Prezident qeyd edib ki, bu cür toplantılar layihənin vaxtında və keyfiyyətli icra olunmasında xüsusi rol oynayır: “Ötənilki görüşdən sonra bir çox irəliləyiş olub. Azərbaycan "Abşeron" qaz yatağının da işlənilməsinə başlayıb. Bu, Azərbaycanın qaz potensialının yalnız “Şahdəniz”lə məhdudlaşmadığını göstərir. 21-ci əsrin layihəsi olan Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində beynəlxalq maliyyə qurumlarının fəaliyyətini qeyd etmək istəyirəm. Avropa maliyyə təşkilatlarının da layihənin icra olunmasında yaxından iştirak etməsi əhəmiyyətli olacaq.

 

Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələsidir, enerji təhlükəsizliyi isə ölkələrin milli təhlükəsizliyidir. Bu sahədə mövcud beynəlxalq əməkdaşlıq qarşılıqlı etimadın nümunəsidir. Layihə çərçivəsində nəzərdə tutulan ekoloji məsələlər yüksək standartlara əsaslanır”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdasda magazadan ogurluq eden iki nefer saxlanilib
    Ağdaşda mağazadan oğurluq edən iki nəfər saxlanılıb
  • erdogan abs ve terror teskilatinin bayraqlarinin birge dalgalanmasi bizi teessuflendirir
    Ərdoğan: ABŞ və terror təşkilatının bayraqlarının birgə dalğ...
erdogan abs ve terror teskilatinin bayraqlarinin birge dalgalanmasi bizi teessuflendirir erdogan abs ve terror teskilatinin bayraqlarinin birge dalgalanmasi bizi teessuflendirir +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ