QHT Koalisiyasının üzvləri MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə müraciət edib - SİYAHI

qht koalisiyasinin uzvleri mhst uzre beynelxalq idare heyetine muraciet edib siyahi

"Mədən sənayesində şəffaflığın artırılması" (MSŞA) QHT Koalisiyasının 94 üzvü Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinə müraciət edib.

 

"APA-Economics"in məlumatına görə, MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin martın 8-9-da Kolumbiyanın paytaxtı, Boqota şəhərində keçiriləcək iclası ərəfəsində Azərbaycanın MHŞT-da üzvlüyü ilə bağlı Beynəlxalq İdarə Heyəti və Katibliyinə koalisiya üzvləri adından ünvanlanan müraciəti 140 üzvdən 94 təşkilat, koalisiya üzvlərinin 3/4-ü dəstəkləyib. Artıq müraciət MHŞT üzrə Beynəlxalq İdarə Heyəti və Katibliyə göndərilib.

 

Martın 6-da Beynəlxalq Katibliyin nümayəndəsi xanım Olyana Valiqura ilə "Skype" vasitəsilə yaranmış vəziyyətin bütün aspektləri barədə geniş müzakirələr aparılıb. Müraciət barədə məlumat verilib. O.Valiqura müraciəti İdarə Heyətinə təqdim edəcəyini bildirib.

 

Həmçinin, QHT qanunvericiliyinə son dəyişikliklərlə bağlı yerli və beynəlxalq təşkilatlar tərəfindən hazırlanan arayışlar da İdarə Heyəti üzvlərinə təqdim edilməsi üçün Beynəlxalq Katibliyə göndərilib.
 

"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev "APA-Economics"ə faktı təsdiqləyərək bildirib ki, iclasın bir neçə ssenari üzrə keçirilməsi ehtimal olunur: "Birinci ssenari Azərbaycanın statusunun bərpası, ikinci ssenari namizədlik statusunun davam etdirilməsi üçün vaxtın verilməsi, üçüncü ssenari dayandırılması, dördüncü ssenari isə çıxarılmasını nəzərdə tutur. Əslində, sonuncu ssenarini istisna edə bilərik. Çox təəssüf ki, Şuranın 11 üzvündən 6-sı təhrif olunmuş faktlara əsaslanan müraciət ünvanlayıblar və bu müraciəti Azərbaycanın üzvlüyünün dayandırılması üçün əsas hesab edirlər. Lakin Koalisiyanın üzvlərinin mütləq əksəriyyəti hesab edir ki, nüfuzunu itirmiş həmin şəxslər uzurpasiya ilə məşğuldurlar. Buna görə, Koalisiyanın 140 üzvündən 94-ü müraciət edərək bildiriblər ki, Azərbaycan prezidenti və Nazirlər Kabineti tərəfindən qəbul olunmuş sonuncu qərarlar qrantların əldə olunması istiqamətində ciddi irəliləyişlərin əldə olunmasına rəvac verəcək. Doğrudan da son illər ərzində vətəndaş cəmiyyəti mühitinin yaxşılaşdırılması istiqamətində ciddi irəliləyişlər əldə olunub. Eyni zamanda, Koalisiya üzvlərinin üzləşdiyi problemlərin mütləq əksəriyyəti öz həllini tapıb. Bu proses davamlı hala çevrilib və bu irəliləyişi, dinamikanı görmək lazımdır. Buna əsaslanaraq, 94 nəfər İdarə Heyətinə müraciət ünvanlayıb və Koalisiyanın iradəsinə hörmətlə yanaşmağı xahiş edir. Koalisiya üzlərinin mütləq əksəriyyəti Azərbaycanın MHŞT-da fəaliyyətinin davam etdirilməsinin tərəfdarıdır".

 

Azərbaycanda vətəndaş cəmiyyəti mühitində çox ciddi islahatların aparıldığını qeyd edən Ə.Nuriyev bildirib ki, ölkəmizin MHŞT-dan kənarda qalması vətəndaş cəmiyyətinə ciddi zərbə vuracaq.
 

 

MÜRACİƏTİN MƏTNİ ƏLAVƏ OLUNUR:

 

İctimai Birliklərin "Mədən sənayesində şəffaflığın artırılması" (MSŞA) QHT Koalisiyası üzvlərinin MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə

 

MÜRACİƏTİ

 

Hörmətli İdarə Heyəti üzvləri,

 

2017-ci il 08-09 mart tarixində, Kolumbiyanın paytaxtı Boqota şəhərində keçiriləcək MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin növbəti toplantısı ərəfəsində Sizlərə müraciət edirik. Azərbaycanın MHŞT-də iştirakını, bu sahədə indiyə qədər görülən işləri, təşəbbüsləri ölkəmiz, yerli vətəndaş cəmiyyəti üçün vacib hesab edirik. MHŞT ölkəmizdə şəffaflığın və hesabatlılığın tətbiqi, gəlirlərin düzgün idarə edilməsi, ictimai  iştirakçılığı dəstəkləməklə  yeni islahatlar mərhələsinə qədəm qoyan Azərbaycan üçün çox fayda verir. MHŞT eyni zamanda yerli vətəndaş cəmiyyətinə hökumətlə əməkdaşlıq, müzakirə və qərarların qəbulu prosesində iştirak imkanları təqdim edir. Bu baxımdan Azərbaycanın MHŞT-də fəaliyyətinin davam etməsi yerli vətəndaş cəmiyyəti üçün də çox mühümdür və taleyüklü məsələdir.

 

MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin Boqota toplantısında növbəti dəfə Azərbaycanın üzvlüyü məsələsi müzakirə olunacaq.

 

Biz aşağıda imza edən MSŞA Koalisiyası üzvləri mövqeyimizi və rəyimizi Sizlərin diqqətinə çatdırmaq istərdik.

 

Bir daha qeyd edək ki, yerli vətəndaş cəmiyyəti təmsilçiləri olaraq birmənalı şəkildə Azərbaycanın  MHŞT-də fəaliyyətinin davam etdirməsinin tərəfdarıyıq. Hesab edirik ki,  Azərbaycanın MHŞT-də iştirakı ilk növbədə Azərbaycan vətəndaş cəmiyyəti üçün çox önəmlidir həm təbii ehtiyatların işlənməsinə nəzarət baxımından həm də Vətəndaş Cəmiyyətinin inkişafı və rolunun artması baxımından. Azərbaycanın üzvlüyünün dayandırılması çox tələsik addım olardı.

 

15 aprel 2015-ci il tarixli iclasınızda Azərbaycan üçün təsdiq etdiyiniz İslahedici Tədbirlər Planı və Astana toplantısında irəli sürülən tədbirlərin icra olunmasından sonra vəziyyətin müsbətə doğru dəyişməsi ilə bağlı hökumət tərəfindən bir sıra əhəmiyyətli addımlar atılıb. Koalisiya üzvlərinin üzləşdikləri praktiki problemlər əsasən həll edilib, qrantların qeydiyyatı prosedurlarında və donorların fəaliyyətini tənzimləyən qaydalarda xeyli sadələşdirmələrə dair  hökumət müvafiq qərarlar qəbul edib (ölkə prezidentinin 21 oktyabr 2016-cı il tarixli fərmanı, Nazirlər Kabinetinin  11 yanvar 2017-ci il tarixli və 24 yanvar 2017-ci il tarixli qərarları).

 

Bu qərarlar həm yerli QHT-lər həm də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir və vətəndaş cəmiyyətinin öncəki fəaliyyətinin bərpasına  zəminlər yaradıb (Rəylər  əlavə olunur).

 

Vətəndaş cəmiyyəti təmsilçiləri olaraq bütün gücümüzlə bu cür müsbət dəyişiklərə təkan verməyə çalışırıq. Hökumətlə müzakirələr deməyə əsas verir ki, bu proses artıq davamlı xarakter alıb və mövcud probelmlərin həlli istiqamətində qərarların qəbulu davam edəcəkdir.

 

Xüsusi olaraq bir daha bəyan edirik ki, indiki mərhələdə, dəyişikliklərə start verildiyi bir vaxtda ölkəmizin MHŞT-də iştirakı vətəndaş cəmiyyətinin inkişafı və gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

 

 

Koalisiya üzvləri

 

 

S/S

Ad, Soyad

Təşkilatın adı (AZ)

 

 

 

 

 

1

Sabit Bağırov

İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi

 

 

 

2

Abbasov Alban

Məşəl Əlil və Şəhid Ailələrinin Sosial Dəstək I.B

 

 

 

3

Akif Hüseynov

Müasir İnkişaf və Hüquqi Yardım Mərkəzi İ.B.

 

 

 

4

Əziz  Orucov

Qafqaz Media Tədqiqatlar Mərkəzi

 

 

 

5

Anar Xəlilov

Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyi

 

 

 

6

 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar

 

Araz Aslanlı

Mərkəzi – QAFSAM

 

 

 

7

Arzu Soltan

Fərdi üzv

 

 

 

8

Aslan Vəliyev

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi

 

Qərb Regionu üzrə nümayəndəliyi

 

 

 

 

 

9

Azər Ələsgərov

Gənc Şairlərə Dəstək” İctimai Birliyi

 

 

 

10

Balakişiyeva Günel

Gənclərin Elmi İnkişafına Dəstək İ.B

 

 

 

11

Camal Məmmədov

“Bilik və Maarifçiliyin İnkişafı” İctimai Birliyi (Gəncə)

 

 

 

12

Ceyhun Musaoğlu

Jurnalist Ekspert Mərkəzi İB

 

 

 

13

Çingiz Dadaşov

Demokratik Seçkilərə Dəstək Mərkəzi İB

 

 

 

14

Dadaşov Telman

“Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi

 

 

 

15

Dadaşova Şərqiyyə

“Regional Gender Mərkəzi “  İctimai  Birliyi

 

 

 

16

Əhməd Abbasbəyli

"Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İB

 

 

 

17

Ələsgər Hüseynov

Regional İnkişaf və İnsan Hüquqları İB

 

 

 

18

Əlibəy Zeynalov

“Aran” İnsan Hüquqları Resurs Mərkəzi

 

 

 

19

Əliməmməd Nuriyev

"Konsitusiya" Araşdırmalar Fondu

 

 

 

20

Əliyeva Mehriban

Regional Qadin Teshebbusleri Ictimai Birliyi

 

 

 

21

Elmidar Əliyev

Fərdi üzv

 

 

 

22

Elşən Nağıyev

Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İB

 

 

 

23

Əmənov Cəlal

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi

 

 

 

24

Emil Məmmədov

Demokratiyaya Yardım İctimai Birliyi

 

 

 

25

Əsgər Əhməd

" Demokratik Dəyərləri Müdafiyə Fondu"

 

 

 

26

Əvəz Həsənov

Humanitar Tədqiqatlar Mərkəzi

 

 

 

27

Fatimat

 

 

Ağamirzəyeva

Xalça Dünyası Assosiasiyası (Quba şəhəri)

 

 

 

28

Fidan Maqsudova

Müasir Qadın və Cəmiyyət İB

 

 

 

29

Fikrət Yusifov

Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi

 

 

 

30

Fuad Rəsulov

Fərdi üzv

 

 

 

31

Gunay Huseyn

Demokratiya və Qadın Təşəbbüsləri İB

 

 

 

32

Habil Niftalı

El Gücü Beynəlxalq Humanitar Assosasiyası İ.B

 

 

 

33

Həsənov Hafiz

Hüquq və İnkişaf İ.B

 

 

 

34

Həsənov Rəşad

Sosial Araşdırmalar İ.B

 

 

 

35

Hətəmov Səməd

"Doğma Yurda Qayıdiş"IB

 

 

 

36

Hüseynov Tarverdi

Ekoloji Maarifçilik Mərkəzi İB

 

 

 

37

İlham Şaban

Neft Araşdırmalar Mərkəzi

 

 

 

38

İlqar Qasımov

“Hüquqi Yardım” İctimai Birliyi

 

 

 

39

İradə Yaqubova

"ELS" Müstəqil Araşdırmalar Mərkəzi

 

 

 

40

Irşad Abbasov

Ekoloji-Renesans

 

 

 

41

İsgəndərov Musa

Regional “Qarabağ” Kənd Təsərrüfatı Assosiasiyası İ.B

 

 

 

42

İsrayil İsgəndərov

Ümid sosial inkişafa dəstək ictimai birliyi

 

 

 

43

Jalə Cəfərova

Milli Mədəniyyətin Təbliği ictimai birliyi

 

 

 

44

Kazımov Xalid

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi

 

 

 

45

Kənan Vəliyev

"DƏYƏR" İnkişaf və Maarifləndirməyə Dəstək İ.B

 

 

 

46

Kərimli Eyyub

Demokratik İslahatlar Mərkəzi

 

 

 

47

Könül Ağayeva

Rəqəmsal İnkişaf Iсtimai Birliyi

 

 

 

48

Məhərrəmova Elnarə

“Regionların sosial – iqtisadi inkişafı” İctimayi Birliyi

 

 

 

49

Mehriban Vəzir

Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi

 

 

 

50

Məlahət Mürşüdlü

Azərbaycan Azad Müəllimlər Birliyi

 

 

 

51

Məmmədhəsən

Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə

 

Həsənov

Kömək İctimai Birliyi

 

 

 

52

Məmmədli Nəsimi

Yayımların Monitorinq Mərkəzi İ.B

 

 

 

53

Mirəli Hüseynov

"Demokratiyanı Öyrənmə" İB

 

 

 

54

Mirvari Qəhrəmanlı

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi

 

 

 

55

Natiq Hətəmov

“Dalğa” Ekologiya və Təbiətin Qorunması İB

 

 

 

56

Nazim İbadov

"BUTA" Humanitar Uşaq Fondu

 

 

 

57

Rafiq Alışov

Hüquq Dünyası Hüquqi Təbliğat İctimai Birliyi

 

 

 

58

Nərmin Qəribova

"Davamlı Turizmin İnkişafına Dəstək" İ.B

 

 

 

59

Nəsirov Şaban

“ İnsan Haqları-2003”  İctimai Birliyi

 

 

 

60

Nəsrulla Nurullayev

"Ahıl Ziyalılara Qayğı İB

 

 

 

61

Nicat Dağlar

Jurnalistlərin İqtisadi və Hüquqi Maarifləndirmə Mərkəzi

 

 

 

62

Niftəliyeva Kifayət

"Qadın Dünyası" İctimai Birliyi

 

 

 

63

Novruz

 

 

Məmmədzadə

"Zəngilan İctimai Birliyi

 

 

 

64

Novruzova Laləndər

Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” İ.B

 

 

 

65

Nurəddin İsmailov

“Xilaskar” İctimai Birliyi

 

 

 

66

Osman Gündüz

Multimediya Mərkəzi

 

 

 

67

Qadir İbrahimli

“Güzəran” Sosial Araşdırmalar Mərkəzi

 

 

 

68

Qənimət Məmmədov

Gənc Nəslin Maarifləndirilməsi" İB

 

 

 

69

Quliyev Zaur

Beylaqan Genclerinin Maariflendirilmesi ve Sosial Inkişafi IB

 

 

 

70

Razi Nurullayev

"Region" Beynəlxalq Analitik Mərkəz (RBAM)

 

 

 

71

Rəfail Becanov

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi

 

 

 

72

Şahin Nəsrullayev

"Free Person" Insan Hüquqlarını Müdfiə Cəmiyyəti

 

 

 

73

Rövşən Novruzov

Gəncə Usaq Fondu

 

 

 

74

Ruhəngiz

 

 

Hüseynova

“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi

 

 

 

75

Ruslan Atakişiyev

İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İB

 

 

 

76

Ruslan Xəlilov

Jurnalist Təşəbbüsləri Mərkəzi

 

 

 

77

Rzazadə İradə

Vətəndaşların Sosial Rifahı Naminə İ.B

 

 

 

78

Sadiq Həsənov

Sağlam həyata doğru” ekoloji ictimai birliyi

 

 

 

79

Sahib Məmmədov

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası

 

 

 

80

Şamil Mövsümov

Fərdi üzv

 

 

 

81

Samir Həsənov

"Ulduz" Elektron Təşkilatı

 

 

 

82

Səbinə Ələkbərova

"Gənc Liderlər"Təhsil, Təlim və İnkişaf İ.B

 

 

 

83

Səidə Hüseynova

Media və Təhsil İnnovasiyaları Mərkəzi İ.B

 

 

 

84

Sevil Allahverdiyeva

Qadın Problemlərinin Tədqiqatları mərkəzi

 

 

 

85

Sevil Yüzbaşeva

Eko- Aləm İctimai Birliyi

 

 

 

86

Şükür İzzətoğlu

Regional İnsan Hüquqları və Sosial Araşdırmalar Mərkəzi"

 

 

 

87

Taleh Əliyev

Vətəndaş Cəmiyyəti İnstitutu İçtimayi Birliyi

 

 

 

88

Telman Məlikzadə

"Gənclərin Sosial-Mədəni İnkişafına Yardım" İctimai Birliyi

 

 

 

89

Təmrazov Rafiq

Bərabər İmkanlar Mərkəzi İ.B

 

 

 

90

Teymur Kəsəmənli

“Gen mühəndisliyi ilə bağlı marifləndirmə” ictimai birliyi

 

 

 

91

Vüqar Bayramov

Iqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)

 

 

 

92

Vüsalə Hüseynova

Demokratik Islahatçı Gənclər İctimai Birliyi

 

 

 

93

Zaur Ibrahimli

Fərdi üzv

 

 

 

94

Bakir (Qasım)

 

 

Həsənbəyli

Sosial Tərəqqiyə Dəstək İctimai Birliyi

 

 

 

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek
    Azərbaycanlı pianoçu XXIV İstanbul caz festivalında çıxış ed...
  • bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib
    Bakıda Pakistan Milli Günü münasibəti ilə rəsmi qəbul keçiri...
bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ