S&P: "Azərenerji"nin maliyyə nəticələrinin yaxşılaşdırılması üçün konkret strategiya yoxdur

s p azerenerji nin maliyye neticelerinin yaxsilasdirilmasi ucun konkret strategiya yoxdur

Hökumətin cari və zəruri dəstəyi olmazsa, "Azərenerji" ASC xarici öhdəliklərinin yerinə yetirilməsində ciddi problemlərlə üzləşə bilər. "APA-Economics" xəbər verir ki, bu barədə "Standard&Poor`s Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.


Məlumatda deyilir ki, borc yükü və kapitalın dayanıqsız strukturu səbəbindən "Azərenerji" ASC ciddi təzyiqlə üzləşir. Bunları nəzərə alaraq agentlik dövlət şirkətinin şəxsi kreditləşmə qabiliyyətini "ccc+" səviyyəsində təsdiqləyib.
 

"Uzunmüddətli perspektivdə dövlətin "Azərenerji" ASC-yə verdiyi dəstəkdə qeyri-müəyyənlik mövcuddur. Düşünürük ki, dövlət xarici öhdəliklərin yerinə yetirilməsində şirkətə zəruri dəstək versə də, onun maliyyə nəticələrinin yaxşılaşması üçün konkret bir strategiya yoxdur. Bu səbəbdən "Azərenerji" ASC-nin reytinqi Azərbaycanın suveren reytinqindən daha aşağıdır. Bizim baza ssenarimizə əsasən, şirkət bu il əlavə borclanmaya getməyəcək, habelə aktivlərin və kapitalın strukturu dəyişməz qalacaq", - deyə agentliyin açıqlamasında bildirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerde aciq qapi gunu kecirilib
    Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilib
  • bakida top mermisi tapilib
    Bakıda top mərmisi tapılıb
bakida top mermisi tapilib bakida top mermisi tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ