Sabah Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

sabah azerbaycan qazaxistan hokumetlerarasi komissiyanin iclasi kecirilecek

Sabah Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçiriləcək.

Energetika Nazirliyinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, iclasda hökumətlərarası komissiyanın həmsədrləri, energetika naziri Pərviz Şahbazov və onun qazaxıstanlı həmkarı Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.
 

Tədbirdən əvvəl hər iki ölkə nümayəndələrinin Fəxri Xiyaban və Şəhidlər Xiyabanına ziyarəti nəzərdə tutulub. Energetika Nazirliyində Azərbaycan və Qazaxıstan energetika nazirlərinin ikitərəfli görüşünün ardından Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Komissiyanın gündəliyinə iki ölkə arasında iqtisadiyyat, yanacaq-energetika, nəqliyyat, kənd təsərrüfatı, əmək, məşğulluq və sosial müdafiə, mədəniyyət və turizm, təhsil və ətraf mühitin mühafizəsi  sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Həmçinin Hökumətlərarası Komissiyanın 2016-cı il sentyabrın 22-də Astanada keçirilmiş 13-cü iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər, eləcə də ikitərəfli sərgi və biznes-forumların təşkili, müqavilə-hüquqi bazanın inkişafı, gənclər siyasəti və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.

 

Gündəlikdəki məsələlərin müzakirəsinin yekunu olaraq protokol imzalanacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:40 17 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda yangin olub
    Sumqayıtda yanğın olub
  • goygolde avtomobil asib bir nefer xesaret alib
    Göygöldə avtomobil aşıb, bir nəfər xəsarət alıb
goygolde avtomobil asib bir nefer xesaret alib goygolde avtomobil asib bir nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273