Sabah Bakının bir hissəsində qaz təchizatında məhdudiyyətlər olacaq

sabah bakinin bir hissesinde qaz techizatinda mehdudiyyetler olacaq

“Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 25-27-ci kilometrlər arasında dayaqlar üzərinə qaldırılması zərurəti ilə əlaqədar 13 iyul 2018-ci il tarixdə saat  10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin  bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

 

"Görülən zəruri təmir işlərinin Yeni Yasamal yaşayış massivi, Şərifzadə, Vasif Əliyev və Xıdır Mustafayev  küçələrinin  bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir", - deyə məlumatda vurğulanıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:00 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxi sakini hemyerlisinin avtomobilini vuraraq asirib 3 neferi doyerek xesaret yetirib
    Şamaxı sakini həmyerlisinin avtomobilini vuraraq aşırıb, 3 n...
  • bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib
    Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının növbəti iclası k...
bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267