Sahil Babayev: "Azərbaycana qarşı ittihamların əsassız olduğu bir daha sübut olundu"

sahil babayev azerbaycana qarsi ittihamlarin esassiz oldugu bir daha subut olundu

"Azərbaycanda fəaliyyət göstərən bütün şirkətlər Hasilat Sənayesində Şəffaflıq prinsiplərinə əməl etməlidir".


"APA-Economics" xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin, media nümayəndələrinin iştirakı ilə "Moore Stephens Azerbaijan" auditor şirkəti tərəfindən 2016-cı il üzrə HSŞ Hesabatının yekun versiyasının təqdimatında iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

 

Onun sözlərinə görə, bu, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxdıqdan sonra ilk dəfə hazırlanmış hesabatdır: "Beynəlxalq ictimaiyyət Azərbaycanın hasilat sənayesində şəffaflıq prinsiplərinə əməl etməsini müsbət qiymətləndirir. Onlar heç bir öhdəlik olmadan Azərbaycanın hasilat sənayesi ilə bağlı bütün məlumatları açıqlanmasını alqışlayırlar. Bu, Azərbaycana qarşı ittihamların əsassız olduğunu bir daha sübut edir. Hasilat sənayesi Azərbaycan iqtisadiyyatının ən mühüm sektorlarından biridir. Əvvəllər neft-qaz sektoru ÜDM-in 70%-ə qədərini təşkil edirdi, hazırda bu göstərici 35%-ə düşüb. Bu, əhəmiyyətli rəqəmdir. Milli sərvətlərin istifadə olunması üzərində nəzarətin qurulması böyük əhəmiyyət kəsb edir. Əminəm ki, biz hasilat sənayesində şəffaflıqla bağlı hesabatı uğurla və vaxtında hazırlayacağıq".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:40 17 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda yangin olub
    Sumqayıtda yanğın olub
  • goygolde avtomobil asib bir nefer xesaret alib
    Göygöldə avtomobil aşıb, bir nəfər xəsarət alıb
goygolde avtomobil asib bir nefer xesaret alib goygolde avtomobil asib bir nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273