Sənayenin qeyri-neft sektorunda istehsal 13 faiz artıb, neft sektorunda 1 faiz azalıb

senayenin qeyri neft sektorunda istehsal 13 faiz artib neft sektorunda 1 faiz azalib

2017-ci ilin yanvar ayında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1 faiz artaraq 3,5 milyard manat təşkil edib. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artıb, neft sektorunda isə 1 faiz azalıb.

 

Sənaye məhsulunun 72,3 faizi mədənçıxarma, 22,3 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
 

Sənayedə qeyri-dövlət sektorunun payı 80,8 faiz olub. Ümumi istehsalın 88,8 faizi sənaye məhsulunun istehsalı, 11,2 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında fevralın 1-nə 565 milyon manatlıq hazır məhsul olub.

 

Ehtiyatların 70,4 faizi Bakı, 6,3 faizi Sumqayıt, 3,1 faizi Gəncə, 2,5 faizi Şirvan, 0,1 faizi Mingəçevir şəhərlərinin, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 28,6 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

16:28 21 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xalca muzeyinde kelagayi kitabinin teqdimati kecirilib
    Xalça Muzeyində "Kəlağayı" kitabının təqdimatı keçirilib...
  • cocuq mercanlida herbi sursat tapilib
    Cocuq Mərcanlıda hərbi sursat tapılıb
cocuq mercanlida herbi sursat tapilib cocuq mercanlida herbi sursat tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Fevral, 2017

USD
1.7352
 
EUR
1.8361
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ