SOCAR Səngəçalda qaz xəttində baş vermiş yanğın barədə məlumat yayıb - YENİLƏNİB

socar sengecalda qaz xettinde bas vermis yangin barede melumat yayib yenilenib

Yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

 

APA-nın məlumatına görə, bu barədə SOCAR-ın mətbuat xidmətinin məlumatında bildirilir.

 

 

Məlumata görə, yanğının söndürülməsi üçün kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.

 

*** 

22: 04
Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində qaz xəttində yanğın olub. “APA-Economics”xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
 
 
Onun sözlərinə görə, hadisə 20:30 radələrində baş verib. “Qəza bundan öncə partlayış baş verən əraziyə yaxındır”, - deyə o bildirib.
 
 
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
 
 
SOCAR hadisənin baş verməsini təsdiqləyib. 
 
 
Xatırladaq ki, 2016-cı il dekabrın 27-də və cari ilin yanvarın 2-də Səngəçal qəsəbəsi ərazisində qaz xəttində partlayış baş verib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

23:54 27 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde azerbaycan gurcustan serhedinin delimitasiyasi muzakire olunub
    Tiflisdə Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası müza...
  • tovuz rayonunda ve cocuq mercanlida herbi sursat tapilib
    Tovuz rayonunda və Cocuq Mərcanlıda hərbi sursat tapılıb...
tovuz rayonunda ve cocuq mercanlida herbi sursat tapilib tovuz rayonunda ve cocuq mercanlida herbi sursat tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Fevral, 2017

USD
1.7475
 
EUR
1.8466
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ