Şimali Kipr lideri: "TANAP bölgənin təhlükəsizliyinə töhfə verəcək"

simali kipr lideri tanap bolgenin tehlukesizliyine tohfe verecek

"Xəzər dənizindəki qaynaqların uyğun yollarla Türkiyə və Avropaya daşınması iqtisadi inkişafa və təhlükəsizliyə  töhfə verəcək".

 

APA-nın məlumatına görə, bunu Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində çıxışında deyib.

 

O bildirib ki, təbii ehtiyatları müharibə meydana çevirmədən, hər kəsin qazanacağı sülh modelinə çevirmək ən yaxşı addımdır: “Bu coğrafiya insanlığa xidmət edən işbirliyi qovşağına çevrilir. Orta Şərq enerji qaynaqları səbəbindən başı bəladan qurtarmayan bölgədir. Bu qaynaqları işbirliyi və sülh ortamına töhfə verməyə çevirmək ağıllı addımdır.

 

Təbii ehtiyatların Avropaya ən qısa yol olan Türkiyə vasitəsi ilə çatdırılması geniş işbirliyi ortamı yaradacaq və bölgənin təhlükəsizliyinə töhfə verəcək. TANAP layihəsi bu baxımdan əhəmiyyətlidir.

 

Azərbaycan prezidenti Türkiyə və Azərbaycan qardaşlığından danışdı. Demək istəyirəm ki, bir qardaşınız  da var. Türkiyə və Azərbaycanın bir acısı olduğunda biz də bunu üzərimizdə hiss edirik. Sevincinizi olanda isə sizinlə bərabər sevinirik".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272