SİNAM Caspian Energy Forum Baku-2017-nin partnyoru olub

sinam caspian energy forum baku 2017 nin partnyoru olub

 

SİNAM şirkəti 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin (www.caspianenergyforum.com) partnyoru olub.

 

"SİNAM şirkəti uzun illərdir Caspian European Club (Caspian Business Club) və Caspian American Club ilə əməkdaşlıq edir və Klubun həyata keçirdiyi layihələrin fəal iştirakçısıdır", - deyə Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

SİNAM şirkətinin prezidenti Elçin Əliyev qeyd edib ki, Caspian Energy Forum-2017-nin partnyoru statusu həyata keçirilən layihələr və xarici şirkətlərlə əməkdaşlıq çərçivəsində şirkətin fəaliyyətində olduqca mühüm və əhəmiyyətli elementdir. Onun sözlərinə görə, bu qəbildən olan tədbirin təşkili yerli və xarici şirkətlərlə əlaqələri nizamlamaq, bizneslərini genişləndirmək, həmçinin iqtisadiyyatın həm neft, həm də qeyri-neft sektorlarının bu gün üçün aktual olan mövzularını müzakirə etmək imkanı yaradır.

Əsası 1994-cü ildə qoyulmuş SİNAM şirkəti Cənubi Qafqazın və Mərkəzi Asiyanın nəhəng sistem inteqratorudur. 20 ildən çox dövrü əhatə edən fəaliyyəti ərzində şirkət dövlət idarəçiliyi, korporativ və bank sektoru sisteminə yüksək texnologiyalı qərarlar tətbiq etməklə bir sıra infrastruktur layihələri həyata keçirib.Şirkət bu gün öz məhsul və xidmətlərini ABŞ və Rusiya, Avropa, MDB və Yaxın Şərq ölkələrinə ixrac edir.

Caspian Energy Forum-2017-yə Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng beynəlxalq şirkətlərin başçıları qatılacaqlar. Forumun işində dünyanın 50 ölkəsindən 500 deleqat iştirak edəcək.

Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər regionu dövlətlərinin enerji sektorunun inkişafı məsələsini, üçüncü sessiya isə qeyri-neft sektorunda həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək. 

4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin sponsoru "R.İ.S.K." Elmi-İstehsalat Şirkəti, partnyorları «Asia Express & OCS, DSV» və «Аzpetrol Ltd» MMC-dir.

Forumda iştirak üçün bu link vasitəsilə qeydiyyatdan keçmək tələb olunur: http://caspianenergyforum.com/index.php/en/registration

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabah hava yagmursuz olacaq
    Sabah hava yağmursuz olacaq
  • almaniyanin futbol uzre milli komandasi bakiya gelib
    Almaniyanın futbol üzrə milli komandası Bakıya gəlib
almaniyanin futbol uzre milli komandasi bakiya gelib almaniyanin futbol uzre milli komandasi bakiya gelib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ