"Snam" TAP-a 270 mln. avro ayıracaq

snam tap a 270 mln avro ayiracaq

İtaliyanın "Snam" şirkəti Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsinə 270 mln. avro məbləğində investisiya yatırmaq niyyətindədir. "APA-Economics" xəbər verir ki, bu barədə şirkətin yaydığı press-relizdə deyilir.

 

Məlumatda deyilir ki, "Snam" 2017-2021-ci illərdə qaz-nəqliyyat sektoruna 5 mlrd. avro yatıracaq: "Bunun 4,7 mlrd. avrosu İtaliyanın qaz şəbəkəsinin gələcək inkişafına, 270 mln. avrosu isə TAP layihəsinə yönəldiləcək".

 

Məlumatda həmçinin deyilir ki, "Snam" TAP-ın İtaliyadan keçən hissəsinə dəstək məqsədilə konsorsiuma 50 mln. avro ayırıb.

 

TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

 

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

 

Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agsuda ev yanib
    Ağsuda ev yanıb
  • paytaxtda baki urek gunleri 5 ci beynelxalq konqresi kecirilir
    Paytaxtda “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi keçir...
paytaxtda baki urek gunleri 5 ci beynelxalq konqresi kecirilir paytaxtda baki urek gunleri 5 ci beynelxalq konqresi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ