SOCAR-ın Kulevi terminalından 1,5 mln. ton neft və neft məhsulu nəql olunub

socar in kulevi terminalindan 1 5 mln ton neft ve neft mehsulu neql olunub

SOCAR-ın Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi Neft Terminalı 2017-ci ilin yanvar-noyabr aylarında 1,5 mln. ton neft və neft məhsulu qəbul edərək yola salıb.

 

APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, hesabat dövründə Gürcüstanın dəniz liman və terminalları, ümumilikdə 14,9 mln. ton yük emal edib. Bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,3 min ton azdır.

 

Ötən ilin 11 ayı ərzində Poti limanı 6,2 mln. ton, Batumi limanı 3,8 mln. ton, Supsa neft terminalı isə 3,4 mln. ton yük emal edib.

 

Hesabat dövründə Poti və Batumi dəniz limanlarında emal olunmuş yük konteynerlərinin sayı 2016-cı ilin analoji göstəricisi ilə müqayisədə 51 950 ədəd artaraq 355 153 ədəd təşkil edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:40 17 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda yangin olub
    Sumqayıtda yanğın olub
  • goygolde avtomobil asib bir nefer xesaret alib
    Göygöldə avtomobil aşıb, bir nəfər xəsarət alıb
goygolde avtomobil asib bir nefer xesaret alib goygolde avtomobil asib bir nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273