SOCAR STAR zavodunda baş verən zəhərlənməyə münasibət bildirib - YENİLƏNİB

socar star zavodunda bas veren zeherlenmeye munasibet bildirib yenilenib

SOCAR Türkiyənin İzmir şəhərində yerləşən STAR neft emalı zavodunda baş verən kütləvi zəhərlənmə hadisəsinə münasibət bildirib.

 

SOCAR-ın Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nizaməddin Quliyev "APA-Economics"ə açılmasında bildirib ki, zəhərlənmənin qidadan baş verib-verməməsi barədə danışmaq tezdir: "Zəhərlənmə nəticəsində 2 nəfər xəstəxanaya yerləşdirilib, 300 nəfərə yaxın işçi isə özünü narahat hiss etdiyi üçün tibbi müayinə alır. Hadisənin baş vermə səbəbinin qida olub-olmaması araşdırılır. Belə ki, qida nümunələri laboratoriyaya göndərilib".

 

Dövlət şirkətinin rəsmisi onu da qeyd edib ki, STAR neft emalı zavodunun ərazisində yüzlərlə podratçı şirkət fəaliyyət göstərir və sözügedən hadisə də məhz o şirkətlərdən birinin sahəsində baş verib: "Həmin podratçının bir keytrinq şirkəti ilə müqaviləsi var və əməkdaşlıq çərçivəsində şirkət işçilərinə ödənişsiz yemək verir. Başqa sözlə, məsələnin SOCAR və ya STAR-a aidiyyəti yoxdur".

 

*** 07:56

 

SOCAR-ın Türkiyədəki törəməsi olan STAR neft emalı zavodunda kütləvi zəhərlənmə baş vetib.

 

APA-Economics” “Aliağa Ekspress” nəşrinə istinadən xəbər verir ki, zavodun xeyli sayda əməkdaşı ötən gün nahar zamanı verilən yeməkdən zəhərləndiyini iddia edir. Qəzetə danışan zavod işçiləri ətin keyfiyyətsiz olduğundan şübhələnir. Ümumilikdə “Gemond”, “Tekfen” və “İlk İnşaat” kimi subpodratçı şirkətlərin təxminən 1500 nəfər işçisinin zəhərləndiyi iddia edilir.

 

SOCAR rəsmiləri isə insidentin baş verdiyini təsdiqləyiblər. Bununla yanaşı, onlar qeyd edib ki, rəqəmlər xeyli şişirdilib və zəhərlənənlərin sayı 1500 nəfər deyil: “Əlimizdə olan son rəqəmlərə görə, 346 nəfərə tibbi yardım göstərilib”.

 

Zavod rəhbərliyi artıq baş vermiş hadisəni işçiləri yeməklə təmin edən şirkətlə müzakirə edib” “Naharda işçilərə verilən yeməyin nümunələri laboratoriyaya göndərilib. Nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida vaz asib surucu xesaret alib
    Masallıda "VAZ" aşıb, sürücü xəsarət alıb
  • fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3
    FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİ...
fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3 fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3 +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ