TANAP rəsmisi: "Gələcəkdə İraqdan gələn qaz da bu boru kəmərinə daxil edilə bilər"

tanap resmisi gelecekde iraqdan gelen qaz da bu boru kemerine daxil edile biler

"Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikintisi artıq tamamlanmaq üzrədir".

 

“APA-Economics”in Türkiyənin Əskişəhər şəhərinə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Konsorsiumunun baş direktoru Saltuk Düzyol bu gün keçirdiyi brifinqdə jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə, artıq layihənin inşaat işlərinin 93%-i yerinə yetirilib: "Artıq boru kəmərinin 1340 kilometri inşa edilib”.

 

O bildirib ki, bu ilin iyul ayında Azərbaycandan ilk qazı Türkiyə qəbul edəcək: "Azərbaycan qazının Türkiyəyə nəql edəcək BOTAŞ şirkəti illik 6 milyard kubmetr qazı Türkiyəyə çatdıracaq. Məqsədimiz yeni bir qaz dəyər zəncirini yaratmaqdır. TANAP bu zəncirin dördüncü bir hissədir. TANAP bu dəyər zəncirinin ən böyük hissəsidir”.

 

O qeyd edib ki, gələcəkdə İraqdan gələn qaz da bu boru kəmərinə daxil edilə bilər: "Hazırda boru xətti ilə 16 milyard kubmetr qaz daşınması mümkündür. Sonradan, 2023-ci ildə 24 milyard kubmetr, 2026-cı ildə 31 milyard kubmetr təbii qaz nəqli mümkün olacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ikimertebeli magazada guclu yangin bas verib
    Sumqayıtda ikimərtəbəli mağazada güclü yanğın baş verib ...
  • goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib
    Göyçayda 700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzal...
goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267