® “Embawood” ilk Avropa sərgisində iştirak edib

174 embawood ilk avropa sergisinde istirak edib

Bakı - APA-Economics. Sentyabr aynın 14-dən 18-ə kimi Almaniyanın Bad Zalzuflen şəhərində Beynəlxalq mebel təchizatçıları və interyer dizayn üzrə “M.O.W 2014” sərgisi keçirilib. Sərgidə dünyaca tanınmış mebel şirkətləri iştirak edib. Bu sərgi Almaniya və Avropa mebel sənayesi alıcıları üçün ixtisaslaşdırılmış sərgidir. Burada yeni dizaynların təqdimatı ilə yanaşı, hər bir insanın xəyal edə biləcəyi interyer həlləri və otaqlar üçün mebel düzüm variantları təqdim olunub. Bir sözlə evin sıfırdan təmin olunması üçün lazım olan hər cür  mebel növləri sərgilənib.

 

Sərginin iştirakçısı olan Azərbaycanın “Embawood” şirkəti istər müasir dizaynlı mebellərə, istərsə də konsept həllərə görə sərgidə çox bəyənilən stendlərdən biri olub. “Embawood” şirkətinin Almaniyada olan partnyoru Bockrat Heinzenin sözlərinə görə “Embawood” Almaniya, Avstriya və İsveçrə dillerləri tərəfindən böyük rəğbət qazanıb.

 

Şirkət rəhbəri və nümayəndələri yaxın 3 il ərzində “Embawood” Azərbaycan brendini Avropada inkişaf etdirib tanıtmaqla yanaşı yeni şəbəkə qurmağı qarşılarına məqsəd qoyub.

 

Xatırladaq ki, şirkət 1996-cı ildən fəaliyyət göstərir. Bazarda olduğu 18 il ərzində “Embawood” mağaza şəbəkəsi 10 ölkədən artıq, fabrikləri isə Azərbaycan, Gürcüstan, Ukrayna və Qazaxıstanda fəaliyyət göstərir. Əlavə olaraq Rusiya, Türkiyə, Qazaxıstan və Gürcüstanda regional nümayəndəliklər mövcuddur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib
    FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə xüsusi taktiki təl...
  • azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub
    Azərbaycan-Litva hökumətlərarası komissiyasının növbəti icla...
azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ