Apreldə Bakıda beynəlxalq turizm sərgisi keçiriləcək

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprelin 12-14-də Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər («AITF-2012») sərgisi keçiriləcək.
«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sərgidə dünyanın müxtəlif yerlərinə turizm səfərlərinin təşkil olunmasından başlayaraq, hava daşımaları, hoteldə yerləşdirmə və otaqların bron edilməsinə qədər turizm xidmətlərinin bütün spektri nümayiş etdiriləcək. Ümumiyyətlə, sərgidə 200-dən artıq şirkətin iştirakı gözlənilir, sərgi 60-dan çox turizm istiqamətini, 15 milli ekspozisiyanı və 28 iştirakçı ölkəni təqdim edəcək.
Gürcüstan, Sloveniya, Çexiya, Dubay (BƏƏ) öz milli ekspozisiyalarını nümayiş etdirəcək, Bolqarıstan isə ilk dəfə olaraq qonaq ölkə statusunda iştirak edəcək. Sərgidə Stavropol diyarının stendi sanatoriya müalicəsi üzrə öz metodikaları ilə məşhur olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı və Pyatiqorsk kimi kurort-şəhərlərin ekspozisiyalarını birləşdirəcək. İştirakçı-debütantların siyahısına Litvanın SPA Assosiasiyası, Sloveniyanın «Wellness & SPA» regional idarəsi və bir sıra digər profilli təşkilatlar daxildir. Sərgidə ekzotik istiqamətləri təqdim edəcək Mavriki, Malayziya, Seyşel, Tailand və bir sıra digər ölkələr də iştirak edəcək.
«AİTF-2012»də Ümumdünya Turizm Təşkilatının (WTO) stendi də təqdim olunacaq.
Eyni zamanda, sərgidə Azərbaycanın turizm potensialını fəal şəkildə təqdim edən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi xüsusi stendlə çıxış edəcək. Azərbaycanda fəal istirahət və əyləncə sahəsində yeni layihə və istiqamətlər ölkənin aparıcı turizm şirkətləri, istirahət zonaları və sanatoriyaları tərəfindən təqdim olunacaq.
Azərbaycanda fəaliyyət göstərən dünyaca tanınmış hotellər də tədbirə qatılacaq.
Qeyd edək ki, «AİTF-2012» sərgisi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir və WTO, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Azərbaycan Sahibkarlar Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstəklənir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerde aciq qapi gunu kecirilib
    Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilib
  • bakida top mermisi tapilib
    Bakıda top mərmisi tapılıb
bakida top mermisi tapilib bakida top mermisi tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ