Azərbaycan “Antalya Ekspo 2016”da milli pavilyonla təmsil olunur

Bakı-APA. Azərbaycan “Antalya Ekspo - 2016” Beynəlxalq Botanika Sərgisində (İnternational Horticultural Exposition) milli pavilyonla təmsil olunur.

 

APA-nın xəbərinə görə, milli pavilyon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil edilib. Açılış mərasimi aprelin 22-də keçiriləcək “Antalya Ekspo - 2016” Beynəlxalq Botanika Sərgisinin fəlsəfəsi “Gələcək nəsillər üçün yaşıl bir dünya”, mövzusu “Çiçək və uşaq”,  şüarı isə “Gələcəyi yaşıllaşdır”dır.

 

Azərbaycanın milli pavilyonunda ölkəmizin zəngin faunası, unikal biomüxtəlifliyi və bağçaçılıq mədəniyyəti nümayiş etdirilir.

 

Oktyabrın 30-dək davam edəcək “Antalya Ekspo” çərçivəsində bir sıra beynəlxalq konqres, toplantı və seminarların təşkili planlaşdırılır. 

 

Sərgiyə 8 milyon ziyarətçinin gələcəyi proqnozlaşdırılır.

 

Qeyd edək ki, “Ekspo” sərgisi ilk dəfə olaraq 1851-ci ildə Londonda keçirilib. Dünyanın müxtəlif ölkələrində təşkil olunmuş bu sərgiyə Türkiyə ilk dəfə ev sahibliyi edir.

 

Azərbaycan “Ekspo” Ümumdünya sərgisində 2000-ci ildən iştirak edir. Ölkəmiz 2015-ci ildə Milanda keçirilən “Ekspo” sərgisində ilk dəfə milli pavilyonla təmsil olunub. Həmin sərgidə milli pavilyon Heydər Əliyev Fondunun təşkilatçılığı ilə fəaliyyət göstərib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib
    FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə xüsusi taktiki təl...
  • azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub
    Azərbaycan-Litva hökumətlərarası komissiyasının növbəti icla...
azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ