Azərbaycan Niderlandda keçirilən sərgidə təmsil olunub

Bakı - APA. Niderlandda fəaliyyət göstərən “Azərbaycan Niderland Gənclər Cəmiyyəti”nin təmsilçiləri Venlo şəhərində keçirilmiş ənənəvi regional sərgidə iştirak edib.

 

Azərbaycanın Niderland Krallığındakı səfirliyindən APA-ya verilən xəbərə görə, Venlo şəhəri Almaniya ilə həmsərhəd ərazidə yerləşdiyi üçün sərgiyə nəinki yerli əhali, həmçinin Almaniya vətəndaşları da qatılıblar.

 

Qeyd edək ki, hər il təşkil olunan və 5 min nəfərdən çox iştirakçının qatıldığı sərgidə Niderlandda yaşayan müxtəlif millətlərin nümayəndələri, eləcə də bu ölkədə fəaliyyət göstərən müxtəlif icmalar öz milli mədəniyyətini və tarixini əks etdirən stendlərlə iştirak ediblər.

 

Azərbaycanın milli stendində Niderlandda uzun müddət yaşayan yerli diaspor fəallarımız ölkəmizin qədim tarixi və zəngin mədəniyyətindən, eləcə də Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən müxtəlif kitab, buklet və broşurları iştirakçılara paylayıb, milli geyimdə olan oğlan və qızlar tərəfindən Azərbaycan şirniyyatlarını sərgiyə gələn qonaqlara təqdim ediblər. Azərbaycan stendi sərgi iştirakçıları tərəfindən xüsusi maraq və diqqətlə qarşılanıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabah hava yagmursuz olacaq
    Sabah hava yağmursuz olacaq
  • almaniyanin futbol uzre milli komandasi bakiya gelib
    Almaniyanın futbol üzrə milli komandası Bakıya gəlib
almaniyanin futbol uzre milli komandasi bakiya gelib almaniyanin futbol uzre milli komandasi bakiya gelib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ