Azərbaycan şərabları Çində nümayiş olunur

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın ilk ixrac missiyası Honq-Konqdadır.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu gün Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan 12 şirkətin nümayəndəsinin daxil olduğu ixrac missiyası 9-cu “Hong Kong Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisi”ndə iştirak edir. Hong Kong Konqres və Sərgi Mərkəzində təşkil olunan və 37 ölkədən mindən artıq iştirakçının qatıldığı sərgidə Azərbaycan üçün pavilyonda yerli şərablarımız nümayiş olunur.

 

Azərbaycan şirkətlərinin məhsulları ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır. Sərgi iştirakçılarına Azərbaycanın investisiya və biznes imkanları, rəqabətqabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı məhsulları barədə məlumat verilib, Azərbaycan haqqında müxtəlif çap materialları təqdim olunub.

 

Noyabrın 13-15-də isə Azərbaycanın ixrac missiyası Çinin Quancou şəhərində təşkil olunan “Quancou Şərab Sərgisi”ndə iştirak edəcək.

 

Çinə səfər çərçivəsində Azərbaycan və Çin iş adamları arasında ixrac imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparılacaq, ixrac missiyası Çin Xalq Respublikasında yerli distributorlarla, potensial müştərilərlə görüşlər keçirəcək, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olacaqlar. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib
    FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə xüsusi taktiki təl...
  • azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub
    Azərbaycan-Litva hökumətlərarası komissiyasının növbəti icla...
azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ