Azərbaycanda ilk dəfə beynəlxalq idman sərgisi keçiriləcək

Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 28-də Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda I Beynəlxalq «İdman, İdman ləvazimatı və geyimi» sərgisi («SportExpo-2012») keçiriləcək.

 

 

 

«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «SportExpo-2012» sərgisi Azərbaycanda idmanın inkişafına artan diqqətin və idman infrastrukturuna irihəcmli investisiyaların yatırılması fonunda keçirilir. Debüt sərgi idman sahəsində fəaliyyət göstərən 50-dən çox özəl və dövlət sektorunun nümayəndələrini, o cümlədən Azərbaycanın idman federasiyaları və klublarını, idman malları və xidmətlərinin yerli və xarici istehsalçılarını, eləcə də ictimai təşkilatları bir araya gətirəcək. «SportExpo-2012» sərgisində idman obyektlərinin təchizatı sahəsində idman qurğuları və ləvazimatlarının, trenajorlar və qida məhsullarının istehsalçıları və təchizatçıları ilə kompleks tanışlıq üçün şərait yaradılacaq. Sərgidə Azərbaycanda inkişaf etmiş bütün idman növləri, o cümlədən boks, gimnastika, stolüstü tennis, üzgüçülük, yelkən idmanı, futbol, taekvondo, stend atıcılığı, eləcə də tennis, qolf, alpinizm və digər idman növləri təqdim ediləcək.

 

«SportExpo-2012» sərgisi ilə bir meydançada Gənclər təşkilatlarının IV Respublika Sərgisi də keçiriləcək. Sözügedən tədbir «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» adlı dövlət proqramı ilə bağlı Azərbaycan prezidentinin fərmanının icrası çərçivəsində həyata keçirilir. Azərbaycanın təxminən 100-ə qədər gənclər təşkilatının iştirak edəcəyi bu sərginin əsas məqsədi ictimaiyyətə gənclər təşkilatlarının fəaliyyəti, onlar tərəfindən həyata keçirilən layihə və tədbirlər, həmçinin gənclərin ictimai fəaliyyətə cəlb olunması haqqında məlumat verməkdir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

05:54 29 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • neftin qiymeti psixoloji baryeri asib
    Neftin qiyməti psixoloji baryeri aşıb
  • vasinqtonda 2 ci trans xezer serq qerb ticaret ve tranzit forumu cercivesinde abs konqresi ve dunya bankinda tedbirler teskil edilib
    Vaşinqtonda 2-ci Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Fo...
vasinqtonda 2 ci trans xezer serq qerb ticaret ve tranzit forumu cercivesinde abs konqresi ve dunya bankinda tedbirler teskil edilib vasinqtonda 2 ci trans xezer serq qerb ticaret ve tranzit forumu cercivesinde abs konqresi ve dunya bankinda tedbirler teskil edilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ