Bakıda beynəlxalq İKT sərgisi başlayıb - FOTOSESSİYA

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə XVII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı (Bakutel-2011) işə başlayıb.
«APA-Economics»in xəbərinə görə, Azərbaycan Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə dövlət başçısı İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura BMT-nin baş katibi Pan Gi Munun təbrik məktubunu səsləndirib. O, ümid etdiyini bildirib ki, gələn ilki tədbirdə Pan Gi Munun özü iştirak edəcək.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib ki, hazırda Azərbaycan dinamik inkişaf edən ölkələr sırasındadır. Onun fikrincə, perspektivdə Azərbaycan inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevriləcək.

Azərbaycanda İKT-nin inkişafından danışan nazir bildirib ki, Azərbaycan son 10 ildə İKT-nin ən çox inkişaf etdiyi ölkələr sırasındadır. Hazırda Azərbaycan əhalisinin 60%-i internet istifadəçisidir ki, onun da yarısı genişzolaqlı internetdən istifadə edir. İKT sahəsində layihələrdən, xarici şirkətlərin bu layihələdə iştirakından söz açan Ə.Abbasov qeyd edib ki, Azərbaycanın özü də bir sıra regional layihələrdə iştirak edir.

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Həmədan Ture Azərbaycanın əldə etdiyi «qara» kapitalı insan kapitalına yatırdığını vurğulayıb. Onun sözlərinə görə, hazırda dünyada 6 mlrd. nəfərdən çox mobil rabitə, 2 mlrd. nəfərdən çox internet istifadəçisi mövcuddur: «Son 8 il ərzində Azərbaycanın İKT sahəsi 5 dəfə artıb. İKT Azərbaycan iqtisadiyyatının ən güclü inkişaf edən sahələrindəndir. Azərbaycan Avropa və Asiya arasında körpü rolu oynadığından, bir sıra regional layihələrdə mühüm əhəmiyyət daşıyan ölkədir».

BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Yan Kubis Azərbaycanın İKT sahəsində əldə etdiyi nailiyyətləri və gələcək planlarını yüksək qiymətləndirib. O qeyd edib ki, ölkədə bu sahənin inkişafına dövlətin böyük dəstəyi var: «Ümumiyyətlə, İKT sahəsi iqtisadiyyatın inkişafına, rəqabətin artmasına və beynəlxalq əməkdaşlığa təkan verir».

Tədbirdə həmçinin Pakistan, Rumıniya və İsrailin müvafiq nazirləri, «Microsoft»un vitse-prezidenti və digər vəzifəli şəxslər çıxış edib.

Qeyd edək ki, «Bakutel-2011» sərgisində 29 ölkədən 250-yə yaxın şirkət iştirak edir. Sərginin 40%-dən çoxunu yerli İT şirkətləri, mobil operatorlar, distribütorlar, rabitə operatorları və servis şirkətlərinin stendləri təşkil edir. İlk dəfə olaraq «BakuTel-2011» sərgisində Avstriya, Macarıstan, Fransa, Kanada, Litva və digər dövlətlərdən 18 milli ekspozisiya təqdim olunur. Ötən illə müqayisədə bu il sərgi sahəsinin və iştirakçıların sayında iki dəfə artım olub. Sərgi noyabrın 26-dək davam edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib
    FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə xüsusi taktiki təl...
  • azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub
    Azərbaycan-Litva hökumətlərarası komissiyasının növbəti icla...
azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ