Bakıda beynəlxalq inşaat sərgisi işə başlayıb - FOTOSESSİYA

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə XVII Azərbaycan Beynəlxalq İnşaat Sərgisi («Baku Build-2011») işə başlayıb.
«APA-Economics»in məlumatına görə, oktyabrın 22-dək davam edəcək sərgidə 26 ölkədən 317 şirkət iştirak edəcək. Builki sərgidə şirkətlərin sayı və sərginin ekspozisiya sahəsi ötən ilə nisbətən 20% artıb. Azərbaycandan olan istehsalçı və distribütorlar isə sərgi iştirakçılarının ümumi sayının 35%-ni təşkil edir. Bununla yanaşı, sərgiyə Türkiyə, Çin, Koreya, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qərbi və Şərqi Avropa ölkələrindən olan şirkətləri də qatılıb. Bu ölkələr sərgi iştirakçılarının 50%-ni, yaxın xaric və MDB məkanından olan iştirakçılar isə təxminən 15%-ni təşkil edir.

Bu il sərgiyə qatılan şirkətlərin 24%-i sözügedən tədbirə ilk dəfədir qatılır. Sərgidə fərdi stendlərlə yanaşı, 6 kollektiv ekspozisiya da təqdim olunur. Onların sırasında milli stendlər və birləşdirilmiş milli qruplar mövcuddur.

Tədbir çərçivəsində IX Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn («Caspian MebelExpo-2011») , III Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma Sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları və Üzgüçülük Hovuzu («Aqua-Therm Baku-2011») və IV Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri (CIPS-2011) sərgiləri də təşkil olunacaq, bir sıra seminar, təqdimat və ustad dərsləri keçiriləcək.

Qeyd edək ki, sərgi Azərbaycan Fövqəladə Hallar, İqtisadi İnkişaf nazirlikləri, Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) dəstəyi ilə keçirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iki vaz 2107 toqqusub 3 nefer xesaret alib
    İki "VAZ 2107" toqquşub, 3 nəfər xəsarət alıb
  • bakida qeyri qanuni taksi fealiyyeti gosteren suruculer cezalandirilib
    Bakıda qeyri-qanuni taksi fəaliyyəti göstərən sürücülər cəza...
bakida qeyri qanuni taksi fealiyyeti gosteren suruculer cezalandirilib bakida qeyri qanuni taksi fealiyyeti gosteren suruculer cezalandirilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ