Bakıda “Müasir Türk rəsm sənətində təxəyyül, məkan və zaman” adlı sərgi açılıb - FOTO

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün Heydər Əliyev Mərkəzi və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı ilə birlikdə “Müasir Türk rəsm sənətində təxəyyül, məkan və zaman” adlı sərginin açılış mərasimi keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov deyib ki, sərgidə Türk dünyasının ən önəmli incəsənət əsərləri nümayiş olunur. Onun sözlərinə görə, bu gün təqdim olunan əsərlər Türkiyə Mərkəzi Bankının kolleksiyasına daxildir. Bakıda müxtəlif tədbirlərin keçiriləcəyini xatırladan A.Ələkbərov qeyd edib ki, Bakı 2015 I Avropa Oyunlarına görə Azərbaycanda səfərdə olan qonaq, idmançı və nümayəndə heyəti Heydər Əliyev Mərkəzində təqdim olunan  bu əsərlər və digər sərgiləri seyr edə biləcək.

 

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun isə bildirib ki, Türkiyə Mərkəzi Bankı kolleksiyasına daxil olan əsərləri ildə bir dəfə ölkə xaricində nümayiş etdirir. Səfir bu əsərlərin dünyanın ən önəmli memarlıq əsərlərindən sayılan Heydər Əliyev Mərkəzində nümayiş olunmasının bu sərginin əhəmiyyətini daha da artırdığını deyib.

 

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov qeyd edib ki, dünyanın bir çox maliyyə müəssisələri tərəfindən belə layihələr həyata keçirilir. Türkiyənin Azərbaycanın ən mühüm ticarət tərəfdaşı olduğunu deyən E.Rüstəmov Azərbaycanın xarici ticarətinin və birbaşa investisiyalarının 1/3-dən çox hissəsi məhz Türkiyənin payına düşdüyünü xatırladıb: “Azərbaycan və Türkiyə birlikdə çox mühüm layihələr həyata keçirir ki, bu layihələr regionun simasını dəyişdirəcək. Bu layihələr beynəlxalq enerji təhlükəsizliyinin formalaşmasında çox mühüm tarixi rol oynayacaq. Biz getdikcə hər iki ölkənin iqtisadiyyatının daha əlaqəli inkişafının şahidi oluruq. Azərbaycan Mərkəzi Bankı ilə Türkiyə Mərkəzi Bankı arasında müstəqilliyimizin ilk illərindən çox dərin əlaqələr mövcuddur, çox ciddi texniki əməkdaşlıq edirik. Bu illər ərzində Türkiyə Mərkəzi Bankı Azərbaycanda bank sektorunun inkişafında, Azərbaycan Mərkəzi Bankının formalaşmasında olduqca mühüm dəstək olub”.

 

 Türkiyə Mərkəzi Bankının sədr müavini Necati Şahin isə deyib ki, bu əsərlərin Azərbaycan sənətsevərlərinə təqdim edilməsindən məmnundur: “1931-cu ildə təsis edilən bankımız Türkiyə iqtisadiyyatında oynadığı mühüm rol ilə yanaşı, mədəniyyət sahəsində inkişafı yaxından izləyib. Türkiyə Mərkəzi Bankı yaradıldıqdan sonra əldə etdiyi sənət əsərlərinin sayı 900-ə çatıb. 2003-cü ildən etibarən bankımız kolleksiyasına daxil olan seçmə əsərlərini dünyanın 18 ölkəsində nümayiş etdirib. Azərbaycanda ilk dəfə təşkil olunacaq bu sərgi Cümhuriyyət dövründəki məkan və zaman çərçivəsində baş verən hadisələri anlamağa imkan verəcək”.

 

Sərginin kuratoru Mümtaz Sağlam Müasir Türk rəsm sənəti haqqında məlumat verib: “Müasir Türk sənəti əsas təməllərini Osmanlı İmperiyasının son dövründə, 1860-70-ci illərdə formalaşıb və bu günə qədər zənginləşib. 1950-ci illərdən sonra Türk rəsmində əsas dəyişiklik və dönüş baş verib. Bugünkü sərgidə daha çox bu dövrü əhatə edən əsərlərə üstünlük verdik”.

 

Qeyd edək ki, sərgidə 28 rəssamın 35 rəsm əsəri nümayiş olunur.   

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabah hava yagmursuz olacaq
    Sabah hava yağmursuz olacaq
  • almaniyanin futbol uzre milli komandasi bakiya gelib
    Almaniyanın futbol üzrə milli komandası Bakıya gəlib
almaniyanin futbol uzre milli komandasi bakiya gelib almaniyanin futbol uzre milli komandasi bakiya gelib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ