Bakıda “Səmavi dinlərin tarixi” layihəsinin ilk sərgisinin açılışı olub

Bakı – APA. V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda “Səmavi dinlərin tarixi” layihəsinin ilk sərgisinin açılış mərasimi keçirilib.

 

Komitədən APA-ya verilən məlumata görə, Muzey Mərkəzində baş tutan tədbirdə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, ABŞ-dakı Simon Vizental Mərkəzinin direktor müavini, ravvin Abraam Kuper, YUNESCO baş direktorunun müavini Qetaçyu Enqida, Fransa İmamlar Konfransının sədri Hasan Şalqumi, Los-Anceles şəhərindəki “Kral Fəth” məscidinin imamı Məhəmməd Xan, Milli Məclisin deputatı Asim Mollazadə, QMİ-nin sədr müavini Rəşad Əliyarlı, V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan yüksək səviyyəli xarici qonaqlar, senatorlar, dini konfessiyaların nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

 

Tədbirdə çıxış edən M. Qurbanlı iudaizm dininə həsr edilən “Xalq, kitab, torpaq: Yəhudi xalqının Müqəddəs torpaqlarla 3500 illik əlaqəsi” mövzusunda sərginin maarifləndirici xarakter daşıdığını deyib. Forum çərçivəsində təşkil edilən sərgi barədə məlumat verən Komitə sədri bildirib ki, yəhudiliyə həsr olunan sərgidə bu xalqın 3500 illik tarixinə, etnoqrafiyasına aid nümunələr nümayiş olunur. O, multikultural və tolerant dəyərlərinə görə digər ölkələrə örnək olan Azərbaycanda bu cür sərgilərin təşkilini yüksək dəyərləndirib. Qeyd olunub ki, sərgi Azərbaycanda tolerantlığın ən gözəl nümunələrindəndir.

 

Tədbirdə çıxış edənlər ölkəmizdə V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində YUNESCO və Simon Vizental Mərkəzinin birgə sərgisinin keçirilməsinin əlamətdar hadisə olduğunu qeyd ediblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • baki marafonu 2017 fotosessiya
    “Bakı Marafonu 2017”  - FOTOSESSİYA
  • agdasda magazadan ogurluq eden iki nefer saxlanilib
    Ağdaşda mağazadan oğurluq edən iki nəfər saxlanılıb
agdasda magazadan ogurluq eden iki nefer saxlanilib agdasda magazadan ogurluq eden iki nefer saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ