"Bakutel 2015" 200-dən çox şirkəti bir araya gətirəcək

bakutel 2015 200 den cox sirketi bir araya getirecek

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dekabr ayının 2-də Bakı Ekspo Mərkəzində İKT üzrə ən iri ixtisaslaşmış tədbir – XXI  Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” “Bakutel 2015” sərgisi keçiriləcək.

 

"APA-Economics"in xəbərinə görə, sərgiyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həmçinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sərgiyə yaxından dəstək verirlər. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” (“CEO”) şirkətləri çıxış edirlər.

 

İlk dəfə olaraq, “Bakutel 2015” sərgisinin kommunikasiya sponsoru qismində ölkənin ilk mobil operatoru - “Bakcell” şirkəti çıxış edir.

 

Mətbuat konfransında “ITE Group Plc” şirkətinin icraçı direktoru Edvard Stroon çıxışı zamanı bildirib ki, bu il sərgi Azərbaycan, Belçika, Almaniya, Çin, BƏƏ, Rusiya, ABŞ, Türkiyə, Fransa və Yaponiya da daxil olmaqla, dünyanın 21 ölkəsini təmsil edən 203 şirkəti bir araya gətirəcək. E. Stroon sözlərinə görə, yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15%-ni təşkil edir və onların əksəriyyəti Azərbaycanın İKT bazarına böyük maraq göstərən xarici şirkətlərdir. Bu il sərgidə ilk dəfə olaraq “AVAYA”, “Google”, “Laboratoriya Kasperskoqo” və digər aparıcı dünya şirkətləri iştirak edirlər.

 

“Azercosmos” və “Arianespace” şirkətləri arasında “Azerspace-2” ikinci telekommunikasiya peykinin kosmik fəzaya buraxılması haqqında sazişin imzalanması “Bakutel 2015” sərgisinin işgüzar proqramı çərçivəsində keçiriləcək mühüm tədbirlərdən birinə çevriləcək. İmzalama mərasimi Bakı Ekspo Mərkəzində “Azercosmos” şirkətinin stendində keçiriləcək.

 

Ənənəvi olaraq, sərgi yüksək texnologiyalar (“Hi-Tech”) sənayesinin yaxın gələcəkdə necə inkişaf edəcəyini göstərməklə yanaşı, ən yeni sənaye məhsullarını təqdim edir. Sərgidə təqdim olunan 2015-ci ilin əsas təmayülləri sırasında İT sahəsi üzrə yeni nəsil həll variantları, milli genişzolaqlı internet üzrə həll variantı, 4-5 G mobil texnologiyalar, fiber-optik texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər, elektron hökumət, “Smart Azerbaijan” layihəsi üçün yeni texnologiyalar, eləcə də informasiya təhlükəsizliyi yer alır. Sərgidə “Azerspace-2” ikinci telekommunikasiya peykini kosmik fəzaya buraxmağa hazırlaşan “Azercosmos” şirkəti kosmik texnologiya üzrə yenilikləri təqdim edir. İKT sahəsinin gündəlik həyat tərzinin müxtəlif sahələrinə fəal şəkildə nüfuz etməsi ilə əlaqədar olaraq, bir sıra şirkətlər sərgidə insanın gündəlik həyat və məişətini asanlaşdıran müxtəlif “qacet”lərin təqdimatını keçirəcək.

 

Bunların arasında müxtəlif mobil tətbiqlər (“Azercell”), kiçik qurğu sayəsində daşıma, qoşma və 200-dən artıq kanalı izləməyə imkan verən səyyar kabel televiziyası (“Caspian Telecom”), sıfırdan müştəri mərkəzlərinin, eləcə də məlumat bazası üzrə sistemlərin və digər zəruri ofis proqramı və şəbəkələrinin yaradılması (“Avirtel”); rəqəmsal dünyanı uşaqlar üçün təhlükəsiz edən yeni texnologiyalar (“Kaspersky Lab”), istənilən televizoru “SMART” televizora çevirməyə və televizora on günlük arxivlə baxmağa imkan verən “MyvideoSmartBox” avadanlığı (“AG Telekom”) və s. yer alır. Beləliklə, sərginin ziyarətçiləri yaxın gələcəkdə ölkə bazarına daxil olacaq yüksək texnologiyalı həll variantları və xidmətlərlə tanış olan ilk insanlar olacaqlar.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iki vaz 2107 toqqusub 3 nefer xesaret alib
    İki "VAZ 2107" toqquşub, 3 nəfər xəsarət alıb
  • bakida qeyri qanuni taksi fealiyyeti gosteren suruculer cezalandirilib
    Bakıda qeyri-qanuni taksi fəaliyyəti göstərən sürücülər cəza...
bakida qeyri qanuni taksi fealiyyeti gosteren suruculer cezalandirilib bakida qeyri qanuni taksi fealiyyeti gosteren suruculer cezalandirilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ