"Bakutel" sərgisinə 10 türk şirkəti qatılıb

bakutel sergisine 10 turk sirketi qatilib

Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan bu gün "Bakutel-2017" sərgisinin açılışında iştirak edib.

 

"APA-Economics" xəbər verir ki, "Bakutel" sərgisinin keçirilməsini "gözəl ənənə" adlandıran nazirin sözlərinə görə, türk şirkətləri bu tədbirdə iştiraka hər zaman maraq göstərib: "Bunun əsas səbəbi ondan ibarətdir ki, türk şirkətləri regionda İKT və nəqliyyat sektorunda nümunəvi xidmət göstərir. Sadəcə GSM operatorlarımız deyil, bu sektora dəstək verən digər şirkətlərimiz də regionda fəaliyyətlərini daha da genişləndirmək niyyətindədir və "Bakutel" bunun üçün çox gözəl platformadır".

 

Ə.Arslanın sözlərinə görə, "Bakutel" sərgisinə Türkiyədən 10-dan çox şirkət qatılıb: "Şirkətlərimizə çox böyük maraq var, təbii ki, bunun da kökündə göstərdiyimiz keyfiyyətli xidmət dayanır. Qardaş ölkə Azərbaycanda olmaqdan məmnunam. Azərbaycanı təbrik edirik. Bu il 22 ölkədən 190-dan çox şirkətin iştirak edir. Bu, çox vacib rəqəmdir. Azərbaycan və Türkiyə şirkətləri çox gözəl əməkdaşlıq edir. Bu əməkdaşlıq təkcə region üçün deyil, beynəlxalq səviyyədə də görüləcək işlər üçün edilir", - deyə türkiyəli nazir vurğulayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272