Bolqarıstan Bakıda keçiriləcək beynəlxalq turizm sərgisində geniş tərkiblə iştirak edəcək

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprelin 12-14-də Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində («AITF 2012») Bolqarıstanın 10-dan çox şirkəti, o cümlədən aparıcı turizm operatorları iştirak edəcək.
«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı, Bolqarıstanın iqtisadiyyat, enerji və turizm nazirinin müavini İvo Marinov qeyd edib ki, iki ölkə arasında turizm sahəsində böyük əməkdaşlıq potensialı mövcuddur və buna görə də Bolqarıstan «AITF-2012» sərgisində geniş tərkiblə iştirak edəcək.
Nazir müavininin sözlərinə görə, həm Azərbaycandan Bolqarıstana, həm də Bolqarıstandan Azərbaycana turist axınını optimallaşdırmaq üçün bir sıra tədbirlərin keçirilməsi ilə bağlı qərar qəbul olunub və Bolqarıstan bu imkandan istifadə edərək «AITF-2012» sərgisində öz milli stendi ilə çıxış etmək qərarına gəlib.
Öz növbəsində «Iteca Caspian» şirkətinin direktoru Fərid Məmmədov qeyd edib ki, «AITF-2012» sərgisi Bolqarıstan şirkətlərinə özlərini Azərbaycandan olan turistlərə tanıtmaq və yerli turizm şirkətləri ilə işgüzar əlaqələr yaratmaq üçün yaxşı bir fürsət olacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:37 28 Aprel
14:13 28 Aprel
09:02 28 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fransa xin in numayendeleri dini komitede olub
    Fransa XİN-in nümayəndələri dini komitədə olub
  • qebelede askarlanmis menseyi belli olmayan at eti zerersizlesdirilib
    Qəbələdə aşkarlanmış mənşəyi bəlli olmayan at əti zərərsizlə...
qebelede askarlanmis menseyi belli olmayan at eti zerersizlesdirilib qebelede askarlanmis menseyi belli olmayan at eti zerersizlesdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ