“Caspian Ecology” - Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçiriləcək

Noyabrın 16-da “Baku Expo” Mərkəzində 7-ci “Caspian Ecology” - Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçiriləcək.

 

APA-nın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, noyabrın 16-18-də təşkil olunacaq sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində Xəzər və Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. O deyib ki, “Caspian Ecology” sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir, sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir. Onun sözlərinə görə, bu il sərgidə dünyanın 14 ölkəsindən 62 şirkət iştirak edir: “Onların arasında Almaniya, Çexiya, Danimarka, İngiltərə və digər ölkələr var. Sərgidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi iştirak edir. Ölkədə sosial-iqtisadi inkişafın əsas məqamlarından biri ətraf mühitdir. Son illər ekoloji problemlərin həlli istiqamətində irimiqyaslı layihələr həyata keçirilir. Azərbaycanda bu sahədə mövcud olan problemlərin həllinə birgə əməkdaşlıq, qarşılıqlı təcrübə vasitəsilə köməklik etmək olar. Buna əsasən sərginin mühüm əhəmiyyəti var".
 
Sərginin meneceri Jalə Məmmədova isə qeyd edib ki, “Caspian Ecology” sərgisində təbii resurslardan səmərəli istifadə sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsullar nümayiş etdiriləcək. Onun sözlərinə görə, sərginin debütantları tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə sistemləri və bir sıra digər məhsulları təqdim edəcəklər. Beynəlxalq “Caspian Ecology” sərgisi işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • baki marafonu 2017 fotosessiya
    “Bakı Marafonu 2017”  - FOTOSESSİYA
  • agdasda magazadan ogurluq eden iki nefer saxlanilib
    Ağdaşda mağazadan oğurluq edən iki nəfər saxlanılıb
agdasda magazadan ogurluq eden iki nefer saxlanilib agdasda magazadan ogurluq eden iki nefer saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ