Davosda Ekspo 2025 sərgisinə Bakının namizədliyi ilə bağlı tədbir keçirilib

Davosda Ekspo 2025 ümumdünya sərgisinə Bakı şəhərinin namizədliyi ilə bağlı tədbir keçirilib.

 

Ekspo 2025 Bakı Əməliyyat katibliyindən APA-ya verilən məlumata görə, yanvarın 23-də keçirilmiş tədbirin əsas məqsədi dəvətlilərə Bakının ismarıcını çatdırmaq olub.

 

Toplantıya dövlət və özəl sektorları təmsil edən nümayəndələr, o cümlədən səfirlər, diplomatlar, təhsil, media qurumlarının nümayəndələri, müxtəlif şirkətlərin rəhbərləri qatılıb.

 

Rəsmi qəbulda çıxış edən Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov qeyd edib ki, Bakının təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu Dünya İqtisadi Forumunun bu ilki mövzusu olan “Pərakəndə Dünyada Ümumi Gələcəyin Qurulması” ilə geniş mənada üst üstə düşür: "Dünya İqtisadi Forumu kimi, Ümumdünya Ekspo sərgisi də müzakirə və ideya mübadiləsi məqsədilə dünyanı bir araya gətirən vacib mexanizmdir.

 

İnsan kapitalının inkişafı insanların texnoloji tərəqqiyə uyğunlaşmasında kömək etmək üçün yolların tapılması,  hər bir fərdin həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etmək deməkdir. O, sabit və sağlam cəmiyyətlərin bünövrəsini qurmaqdır. Biz inanırıq ki, hal-hazırda insan kapitalının inkişafına diqqət yetirməyin, genişlənən qeyri-bərabərliyi azaltmağın və iqtisadi artım, kreativlik və uğurun əldə olunması  üçün imkanlar yaratmağın zamanı yetişib".

 

Çıxışda Bakının EKSPO təklifinin alt-mövzularının - təhsil, məşğulluq, səhiyyənin vacibliyi də qeyd olunub: "Bu, BMT-nin müvafiq Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşür. Biz insanlara işləməkdə, bacarıqlı cəmiyyətlər formalaşdırmaqda və texnoloji dəyişiklikləri idarə etməkdə təhsilin və təlimin vacibliyini qəbul edirik. Fərdlərin məşğulluq vasitəsilə cəmiyyətdə fəal iştirak etmək ehtiyacını qəbul edirik, eyni zamanda texnologiyanın əmək bazarına təsirini də qeyd edirik. Həmçinin düşünürük ki, insan kapitalının inkişafın effektiv şəkildə məhz sağlam cəmiyyətlərə baş verə bilər".

 

E. Əmirbəyov vurğulayıb ki, “Bakının Ekspo 2025 üçün təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunu Dünya İqtisadi Forumunda müzakirə etməkdən şərəf duyurlar: "Dünya həmişəkindən daha sürətli templə dəyişir və Ekspo 2025 üçün Bakının təklif etdiyi alt-mövzularını təşkil edən insan ehtiyacları – səhiyyə, təhsil və məşğulluq - dünyanın hər bir ölkəsinin üzləşdiyi məsələlərdir. İqtisadiyyatlar və cəmiyyətlər transformasiyaya uğrasa da, bu mövzular insanları birləşdirir və onların həyat seçimlərinə təsir göstərir. Bu xüsusda öz baxışlarımızı Davosda təqdim etmək imkanından çox məmnun olduq və tədbir zamanı və sonra aldığımız müsbət reaksiya bizdə ruh yüksəkliyi yaradır".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272