"Ekspo 2025" İşçi Qrupu: Bakı şəhəri finala doğru irəliləməkdədir

ekspo 2025 isci qrupu baki seheri finala dogru irelilemekdedir

Beynəlxalq Sərgilər Bürosunun (BSB) İcraiyyə Komitəsi 4 may tarixində keçirilmiş iclasının ümumi hesabatını dərc edib.

 

Ekspo 2025 Bakı Əməliyyat katibliyindən APA-ya verilən məlumata görə, hesabata Bakı şəhərinin 2025-ci ildə Ümumdünya sərgisinə namizədliyi məqsədi ilə ölkəmizdə səfərdə olmuş BSB-nin qiymətləndirmə missiyasının rəyi də daxil edilib.

 

2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupu qürurla bəyan edib ki, Bakı şəhəri növbəti mərhələyə keçib və finala doğru irəliləməkdədir. Cari ilin noyabr ayında Paris şəhərində təşkil ediləcək BSB-nin Baş Assambleyasının 164-cü sessiyası zamanı üzv dövlətlər 2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyi edəcək şəhəri seçəcəklər.

 

•          2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə Qiymətləndirmə Missiyasının rəsmi hesabatında deyilir: “Ekspo sərgisinin Bakıda keçirilməsi Azərbaycanın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi istiqamətində təcrübəsinin artırılmasına və bu  statusun daha da möhkəmləndirilməsinə  məntiqi və böyük dəstək olacaq”.

 

•          Qiymətləndirmə Missiyası ölkə səviyyəsində sərgiyə ev sahibliyi ilə bağlı fikir birliyini  və bunun inkişaf strategiyası ilə üst-üstə düşməsini də  qeyd edib.

 

•          Qiymətləndirmə Missiyası “İnsan kapitalını inkişaf etdirək, Daha yaxşı gələcək quraq” mövzusunun əhəmiyyətini olduqca təqdirəlayiq hesab edib və bildirib ki, bu mövzu çoxsaylı ölkələr üçün cəlbedici və mühüm olmaqla bərabər, hazırkı iqtisadi və sosial transformasiyaları və çağırışları nəzərə alır. Bununla yanaşı, Azərbaycanın bu mövzunu təqdim etməsinin məqsədəuyğun olduğu da bildirilib və qeyd olunub ki, missiya bu mövzunun sərginin yerli xüsusiyyətinə son dərəcə uyğun olduğunu və iştirakçıların cəlb edilməsi üçün güclü potensial təşkil edə biləcəyini güman edir.

 

Azərbaycan maliyyə naziri, 2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupunun sədri Samir Şərifov BSB-nin İcraiyyə Komitəsinə və Qiymətləndirmə Missiyasına Azərbaycanın təklifi ilə bağlı hazırladıqları ətraflı və müsbət hesabata görə təşəkkür edib: “Gələn ay Parisdə keçiriləcək BSB-nin Baş Assambleyasının 163-cü sessiyası zamanı BSB üzvlərinə Bakı şəhərinin namizədliyi ilə bağlı planlarımızı təqdim etməyi səbirsizliklə gözləyirik”.

 

Qeyd edək ki, Bakı şəhərinin namizədliyi seçilərsə, Ekspo 2025 ümumdünya sərgisi 10 may - 10 noyabr 2025-ci il tarixində 6 ay ərzində keçiriləcək. Bu, bütöv regionda təşkil ediləcək BSB-nin ilk ümumdünya Ekspo sərgisi olacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267