Fransada IACM-in 22-ci Konfransı və Baş Assambleyası keçirilib

Bakı. Cavid Zeynallı – APA. Sentyabrın 24-dən 26-dək Fransanın Bordo şəhərində Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının (IACM) 22-ci Konfransı və Baş Assambleyası keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Dövlət Gömrük Komitəsinin  “Azərterminalkompleks” Birliyinin direktoru, gömrük xidməti general-mayoru Qambay Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.  Qambay Əliyev bildirib ki, Bakıda keçirilən IACM-in 21-ci Konfransı və Baş Assambleyasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan nümayəndə heyətinə minnətdarlıq bildirilib.

 

Konfransın gedişində maliyyə məsələlərinə baxılıb, üzvlük haqqını ödəməyən ölkələrə xəbərdarlıqla əlaqədar müzakirələr aparılıb. Tədbirin üçüncü günündə Azərbaycan nümayəndə heyətinin rəhbəri Qambay Əliyev çıxış edərək, konfrans iştirakçılarına IACM və Azərbaycan Gömrük Xidməti arasındakı əməkdaşlıq, eləcə də Azərbaycan Gömrük Tarixi Muzeyinin yeni layihələri barədə məlumat verib. O bildirib ki, Azərbaycan Dövlət Gömrük Komitəsi ilə birgə həyata keçirilən layihələrdən birincisi “Azərbaycan Gömrük Muzeyi və dünya muzeyləri və muzey ittifaqları” adlı jurnaldır.

 

Jurnalda Azərbaycan Gömrük Tarixi Muzeyi və Azərbaycan Gömrük Xidməti tərəfindən təşkil edilmiş sərgilər və digər mədəni layihələr haqda faydalı məlumatlar əldə etmək olar. İkinci layihə isə Fransa və Azərbaycan arasında tarix boyu formalaşmış dostluq münasibətlərinə dair qısametrajlı filmdir. Filmdə fransız səyyahlarının XVII əsrdən başlayaraq Azərbaycana səfərləri, XIX əsrdə Azərbaycanlı gənclərin Fransa universitetlərində təhsil almaları, Azərbaycan əsgərlərinin Fransa Müqavimət Hərəkatında iştirakı, eləcə də hazırda Fransa-Azərbaycan dostluq münasibətlərindən söhbət açılır.

 

Konfrans iştirakçıları filmin ingilis dilində olan 10 dəqiqəlik versiyasını izləyiblər. Konfransda Heydər Əliyevin müasir Azərbaycan gömrüyünün inkişafındakı rolundan bəhs edən və DGK “Azərterminalkompleks” Birliyinin inzibati binasında yerləşən Heydər Əliyev Xatirə Muzeyi tərəfindən hazırlanan kitabın təqdimatı da keçirilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde berpadan sonra neriman nerimanovun ev muzeyinin acilisi olub
    Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açı...
  • prezident ilham eliyev polsa senatinin marsali ile gorusub
    Prezident İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb ...
prezident ilham eliyev polsa senatinin marsali ile gorusub prezident ilham eliyev polsa senatinin marsali ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ