Gələn həftə Bakıda beynəlxalq İKT sərgisi keçiriləcək

Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 6-9-da Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda XVIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi («BakuTel-2012») keçiriləcək.
«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sərgidə Azərbaycan, ABŞ, Böyük Britaniya, İran, Çin, Koreya, Malayziya, Rusiya, Sloveniya, Ukrayna, Estoniya və ümumilikdə 30 ölkədən 200 şirkət iştirak edəcək. Avstriya, Kanada, Xorvatiya və Fransa isə sərgidə milli pavilyonları ilə çıxış edəcək.

Sərgidə yeni İKT məhsullarının təqdimat mərasimlərinin keçiriləcəyi də planlaşdırılıb. Belə ki, tədbirdə proqram təminatları, peyk rabitəsi üçün servis avadanlıqları, teleradioyayım avadanlıqları və texnologiyaları, kabel televiziyası xidmətləri, mobil texnologiyalar, radiostansiyalar və radiorabitə qurğuları və s. nümayiş olunacaq. Bununla yanaşı, müxtəlif mobil rabitə operatorlarının nömrələrinin keçirilməsi - «Daşınan nömrələr» layihəsi, təyyarələrdə mobil rabitə üçün yeni həll variantları kimi yeniliklər də nümayiş etdiriləcək.

Qeyd edək ki, «BakuTel-2012» çərçivəsində İnternet İdarəçilik Forumu (Internet Governance Forum) da təşkil olunacaq. Sözügedən forum qlobal internet şəbəkəsinin dayanıqlı inkişafı və təhlükəsizliyinin təmin olunması funksiyasını yerinə yetirir və gələcəkdə internetin beynəlxalq idarə edilməsi prinsiplərini formalaşdırır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • baki marafonu 2017 fotosessiya
    “Bakı Marafonu 2017”  - FOTOSESSİYA
  • agdasda magazadan ogurluq eden iki nefer saxlanilib
    Ağdaşda mağazadan oğurluq edən iki nəfər saxlanılıb
agdasda magazadan ogurluq eden iki nefer saxlanilib agdasda magazadan ogurluq eden iki nefer saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ