Kannda “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı olub - FOTOSESSİYA

Bakı-APA. İyulun 15-də Kannda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Festivallar sarayında “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı olub.

APA-nın Heydər Əliyev Fondunun saytına istinadən verdiyi xəbərə görə, açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

 

Uğurla davam edən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Bakı-2015” birinci Avropa Oyunlarının simvolları olan Nar və Ceyran heykəlləri bu dəfə Kannda sərgilənir. Şəhərin turistlərlə zəngin Kruazett bulvarında sərgilənən 8 heykəl Azərbaycan və digər ölkələrin rəssamları tərəfindən müxtəlif ornamentlərlə rənglənmiş əsərlərdir.  

 

"Azərbaycan xalçaları incəsənətdə" sərgisindəki əsərlər ilk dəfə nümayiş olunur. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgi Azərbaycan xalça sənətinin tarixi, müasir dövrü, dünyada geniş yayılması barəsində ziyarətçilərə ətraflı məlumat verir. Gənc rəssam Elçin Vəliyevin sərgidə 7 əsəri nümayiş olunur. Məhz "Azərbaycan xalçaları incəsənətdə" sərgisi üçün hazırlanan bu əsərlər öz orijinallığı ilə seçilir. Yağlı boya ilə işlənən və əsasını xalça motivləri təşkil edən bu əsərlər 3D effekti ilə ziyarətçilərdə canlı təəssürat yaradır. Bu, E.Vəliyevin ilk sərgisidir.

 

Sərgidə Xalq rəssamı, görkəmli xalça ustası Lətif Kərimovun 1969-1970-ci illərdə yaratdığı xalça eskizləri nümayiş olunur. Təqdim olunan 15 əsər ilk dəfədir nümayiş etdirilir. Bunlar məhz Lətif Kərimovun özünün müəllifi olduğu ornamentlərin eskizləridir.

 

Sərgidə, həmçinin tanınmış rəssam Butunay Haqverdiyevin xalça instalyasiyası nümayiş olunur. İlk dəfə təqdim edilən bu əsər Azərbaycan xalça ornamentlərini canlandırır. Taxtadan hazırlanan instalyasiya 3D effekti ilə seçilir. Əsər Lətif Kərimovun eskizləri ilə yanaşı təqdim olunmaqla, milli xalça sənətinin tarixi, inkişafı və modern rəssamlıqda tətbiqini nümayiş etdirir. Sərgidə, həmçinin XV-XVI əsrlərdə dünya rəssamlarının əsərlərində yer almış xalça motivlərinin əks olunduğu video instalyasiya nümayiş olunur. Video instalyasiya Azərbaycan xalça sənətinin nadirliyini və dünyada məşhur olmasını, görkəmli rəssamların Azərbaycan milli xalça ornamentlərinə verdikləri dəyərdən bəhs edir.

 

Sərgidə tanınmış rəssam Vüqar Muradovun 7 əsəri nümayiş olunur. Rəssam bu əsərləri Kann sərgisi üçün hazırlayıb. Portret, mənzərə janrında olan və yağlı boya ilə işlənmiş bu əsərlər milli xalça ornamentlərini özünəməxsus şəkildə təqdim edir.

 

“Azərbaycan xalçaları incəsənətdə” sərgisi iyulun 16-dan ictimaiyyət üçün açıq olacaq və iyulun 31-dək davam edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:37 28 Aprel
14:13 28 Aprel
09:02 28 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fransa xin in numayendeleri dini komitede olub
    Fransa XİN-in nümayəndələri dini komitədə olub
  • qebelede askarlanmis menseyi belli olmayan at eti zerersizlesdirilib
    Qəbələdə aşkarlanmış mənşəyi bəlli olmayan at əti zərərsizlə...
qebelede askarlanmis menseyi belli olmayan at eti zerersizlesdirilib qebelede askarlanmis menseyi belli olmayan at eti zerersizlesdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ