Sabah Bakıda beynəlxalq İKT sərgisi başlayır - FOTOSESSİYA

Bakı. Elnur Hüseynquluyev Elnur – APA-Economics. Noyabrın 23-26-da Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklyuziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda XVII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı («BakuTel-2011») keçiriləcək.
Bu gün bununla bağlı təşkilatçı şirkət tərəfindən mətbuat konfransı keçirilib.

«APA-Economics»in məlumatına görə, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bu ilki sərgidə 29 ölkədən 250-yə yaxın şirkət iştirak edir: «Sərginin 40%-dən çoxu yerli İT şirkətləri, mobil operatorlar, distribyutorlar, rabitə operatorları və servis şirkətləri olacaq. İlk dəfə olaraq «BakuTel-2011» sərgisində Avstriya, Macarıstan, Fransa, Kanada, Litva və digər dövlətlərdən 18 milli ekspozisiya təqdim olunacaq. Tədbirin keçirildiyi Bakı Ekspo Mərkəzinin ikinci pavilyonunda isə Azərbaycanın Milli Pavilyonu yerləşəcək».

E.Vəliyev bildirib ki, sərginin keçirilməsi Azərbaycanda rabitənin yubileyi ilə də üst-üstə düşür: «Qeyd edim ki, 130 il bundan əvvəl Bakıda Nobel qardaşları tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə Azərbaycanda rabitə sənayesinin yaranma tarixi başlayır. Azərbaycanda rabitənin əlamətdar yubileyi münasibəti ilə sərgidə Avropa Şurası Nazirlər Komitəsi, Beynəlxalq Telekommunikasiya İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər».

Sərginin meneceri Rəna Abutalıbovanın sözlərinə görə, «İnnovasiayalar ərazisi» layihəsi çərçivəsində iştirakçılar yeni yüksək texnoloji məhsullar nümayiş etdirəcək: «İnnovasiyalar kataloqunda ən yeni avtomatik idarəetmə sistemləri, proqram təminatları, peyk rabitəsi üçün server avadanlıqları, teleradio yayımı üçün avadanlıqlar və texnologiyalar, bank texnologiyaları və xidmətləri, mobil rabitə yenilikləri yer alacaq. Bundan başqa, sərgidə «Smart Zone» (İntellektual ərazi) yeni və əhəmiyyətli layihə təqdim olunacaq. Sözügedən layihənin əsas məqsədi gənc mütəxəssislərin təkcə Azərbaycanda deyil, həm də regionda İKT sektorunun ən iri tədbiri sayılan bu sərgi çərçivəsində öz ixtiraları, proqramları və xidmətləri haqqında məlumat vermələrinə imkan yaratmaqdır».

R.Abutalıbova bildirib ki, ötən illə müqayisədə bu il sərgi sahəsinin və iştirakçıların sayında iki dəfə artım olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:36 27 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • quba qusar yolunda iki avtomobil toqqusub iki nefer olub bes nefer xesaret alib yenilenib
    Quba-Qusar yolunda iki avtomobil toqquşub, iki nəfər ölüb, b...
  • azerbaycan ve ozbekistan arasinda demir yolu sahesinde emekdasliga dair protokol imzalanib
    Azərbaycan və Özbəkistan arasında dəmir yolu sahəsində əməkd...
azerbaycan ve ozbekistan arasinda demir yolu sahesinde emekdasliga dair protokol imzalanib azerbaycan ve ozbekistan arasinda demir yolu sahesinde emekdasliga dair protokol imzalanib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Mart, 2017

USD
1.7201
 
EUR
1.8654
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ