Sabah Bakıda Beynəlxalq Səhiyyə Sərgisi və Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi açılacaq - FOTO

sabah bakida beynelxalq sehiyye sergisi ve beynelxalq gozellik ve estetik tibb sergisi acilacaq foto
Bakı. Sevil Zeynalqızı – APA-Economics. Sabah Bakıda 18-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (BİHE) və 7-ci Beynəlxalq Gözəllik və Estetik Tibb (“Beauty Azerbaijan 2012”) Sərgisi açılacaq.

APA-Economics”in məlumatına görə, sərgi ilə bağlı bu gün keçirilən mətbuat konfransında çıxış edən sərginin təşkilatçısı “İteca Caspian” şirkətinin biznesin inkişafı üzrə müdiri Bəhruz Hidayətzadə bildirib ki, bu il sərgidə 16 ölkədən, o cümlədən Azərbaycan, Belçika, Rusiya, Türkiyə, İran, Yaponiya və digər ölkələrdən 107 şirkət iştirak edəcək, tibbi məhsul və xidmətlər, tibb sahəsinin bütün müxtəlifliyi nümayiş etdiriləcək.

“Tibbi və laboratoriya avadanlıqları, əczaçılıq preparatları, istifadə materialları, dezinfeksiya vasitələri, ortopedik və bir sıra digər məhsullar nümayiş etdiriləcək. İştirakçılar öz stendlərində səhiyyə sahəsinin ən son nailiyyətlərini - yüksək texnologiyalı diaqnostika və müalicə üsullarını, səmərəli texnologiya və xidmətləri, habelə tibbi texnikanı sərgiləyəcək. Beləliklə, builki sərgi əməkdaşlıq perspektivlərinin müzakirəsi və tibb sahəsində mövcud təmayül və texnologiyaların səhiyyə sistemi mütəxəssislərinin geniş dairəsinə nümayiş etdirilməsi üçün faydalı meydançaya çevriləcək” – deyə B.Hidayətzadə qeyd edib.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib ki, ilbəil sərgiyə qatılan ölkələrin və şirkətlərin sayı artır. Onun sözlərinə görə, sərgidə yeni tibbi avadanlıqlarla, tanınmış klinikalarla tanışlıq Azərbaycanın həm dövlət, həm də özəl səhiyyə sektoru üçün çox maraqlıdır.

7-ci Azərbaycan Beynəlxalq “Beauty Azerbaijan 2012”-də isə Azərbaycan, Belçika, İtaliya, Latviya və Rusiyanın kosmetika bazarında fəaliyyət göstərən 35 şirkət iştirak edəcək. Hər iki sərgi sentyabrın 29-dək davam edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iki vaz 2107 toqqusub 3 nefer xesaret alib
    İki "VAZ 2107" toqquşub, 3 nəfər xəsarət alıb
  • bakida qeyri qanuni taksi fealiyyeti gosteren suruculer cezalandirilib
    Bakıda qeyri-qanuni taksi fəaliyyəti göstərən sürücülər cəza...
bakida qeyri qanuni taksi fealiyyeti gosteren suruculer cezalandirilib bakida qeyri qanuni taksi fealiyyeti gosteren suruculer cezalandirilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ